Ermənilərin Azərbaycanın Polşadakı səfirliyi qarşısında keçirdiyi aksiya uğursuzluğa düçar olmuşdur

Polşanın rəsmi orqanları Azərbaycanın bu ölkədəki səfirliyinə müraciət edərək 20 fərdi şəxsin diplomatik missiya qarşısında aksiya keçirmək istədiyi barədə məlumat verib.
Səfirlikdən APA-ya verilən məlumata görə, nümayiş keçirəcək şəxslərin kimliyi, hansı təşkilata mənsubluğu və hansı tarixi ədalətsizlikdən danışmaq fikrində olduqları səfirliyə məlum olmayıb: "Lakin zəmanəmizin ən aktual ədalətsizliyinin - Ermənistan tərəfindən Azərbaycan torpaqlarının zəbt olunması və Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən lazımınca dəyərləndirilməməsi səbəbindən səfirlik məhz bu mövzularda müvafiq hazırlıq işləri aparıb. 10-12 nəfərdən ibarət bir qrup erməni səfirliyin qarşısında nümayiş keçirməyə cəhd edərkən səfirliyin binasına yaxınlaşanda hasardan asılmış və Ermənistan təcavüzünü, Xocalı soyqırımını əks etdirən fotoşəkillərlə qarşılaşıblar".
Məlumata əsasən, 10-12 erməni aksiya keçirməyə cəhd etsə də, onların cəhdləri uğursuzluğa düçar olub. "Manifestasiya" adlandırılan və 30 dəqiqə müddətində planlaşdırılan tədbir, 10 dəqiqə gec başlayıb və heç bir ciddi nəticə vermədən başa çatıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında