"Los-Angeles Times": London Olimpiya oyunlarında Azərbaycan milli komandası dəbli görünəcəkdir

İyulun 27-dən avqustun 12-dək Londonda keçiriləcək Olimpiya oyunlarına hələ bir aydan çox vaxt qalsa da, Azərbaycan milli komandasının yarışlarda iştirakı artıq beynəlxalq medianın diqqətindədir. 
ABŞ-ın nüfuzlu "Los-Angeles Times" qəzeti oyunlara qatılacaq Azərbaycan milli komandasının geyim formalarından yazır. Qəzetin yaydığı xəbərə görə, ölkəni təmsil edəcək idmançıların libasları Avropanın məşhur "Ermanno Şervino" şirkətinin moda evi tərəfindən hazırlanır. Azərbaycanın London Olimpiadasında "yaddaqalan və dəbli" olacağını hesab edən "LA Times" məşhur italyan dizaynerinin milli komandamız üçün yaratdığı geyim kolleksiyasını təsvir etmişdir. Yazıda bildirilir ki, idmançıların geyim formaları dövlət bayrağının rənglərini əks etdirərək göy, qırmızı və yaşıl çalarlarda olacaqdır. Komandanın rəsmi geyim forması sürməyi pencəklər, ağ pambıq köynəklər və kişilər üçün ağ şalvar, qadınlar üçün isə ağ düz yubkadan ibarət olacaqdır. Pencəklərin sinə cibinə Azərbaycan bayrağının səkkiz guşəli ulduzu tikiləcəkdir. Qadın formalarına isə qırmızı kəmər əlavə ediləcəkdir. İdmançıların rəsmi formasını Azərbaycan bayrağı rənglərində ipək qalstuklar və yaylıqlar bəzəyəcəkdir. Olimpiya "kəndində" qaldıqları zaman isə milli komandanın üzvləri yenə də Azərbaycan bayrağı rəngləri ilə bəzədilmiş neylon idman formaları geyəcəklər.

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında