Brüsseldə Azərbaycan-Avropa İttifaqı Parlamentlərarası Əməkdaşlıq Komitəsinin növbəti iclası keçirilmişdir

Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyindən bildirmişlər ki, iyunun 20-21-də Brüsseldə Azərbaycan-Avropa İttifaqı Parlamentlərarası Əməkdaşlıq Komitəsinin (PƏK) növbəti, 12-ci iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikası Milli Məclisinin sədr mavini Valeh Ələsgərovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinin tərkibinə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı daxildir.
Avropa İttifaqı Parlamentlərarası Əməkdaşlıq Komitəsinin Cənubi Qafqaz üzrə nümayəndəliyinin rəhbəri deputat M.Çabrnox və Milli Məclisin sədr müavini V.Ələsgərovun həmsədrliyi ilə iclasda Aİ-nin Genişlənmə və Qonşuluq siyasəti üzrə Komissarı Ş.Füle, bölgə üzrə xüsusi nümayəndəsi F.Lefor, eləcə də Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir R.Kobia iştirak etmişlər. İclasda Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafından danışılmış, əməkdaşlığın strateji səciyyə daşıdığı vurğulanmış, münasibətlərin daha da dərinləşəcəyi bildirilmişdir.
Avropa İttifaqının rəsmiləri ölkəmizdə aparılan islahatları, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində parlament əməkdaşlığının genişləndirilməsinə, Qara Dəniz bölgəsində münasibətlərin dərinləşməsinə Azərbaycanın töhfələrini yüksək qiymətləndirmişlər.
İclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması, bu məsələdə Aİ-nin rolu barədə müzakirələr aparılmış, parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd edilmişdir.

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Brüssel


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında