Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına diqqət artırılır

Xəzər rayonunun kənd və qəsəbələri Bakı şəhərinin sakinlərinin, Azərbaycana gələn xarici qonaqların tarixən istirahət etdikləri yerlər olub. Hələ sovet dönəmində rayonumuzun ərazisində bu məqsədlə istirahət evləri, sanatoriyalar, müalicə ocaqları tikilib istifadəyə verilmişdi. Müstəqillik illərində belə obyektlərin sayı artmış, miqyası xeyli genişlənmişdir. Xüsusilə son illər bu sahədə möhtəşəm işlər görülmüş, kənd və qəsəbələrimiz abadlaşdırılaraq daha cazibədar görkəm almışdır. 
İndi bizim yaşayış məntəqələrimiz heç də paytaxtdan geri qalmır. Adamlarımız rahat, firavan həyat sürürlər. Bunun üçün onlara hər cür şərait yaradılmışdır. İşığımız, qazımız, suyumuz daimidir, yol və küçələrimizə asfalt döşənmişdir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın qəbul edilməsi bu istiqamətdə aparılan işləri daha da sürətləndirmişdir.
İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə adı çəkilən Dövlət Proqramının icrasının bir illik yekunlarına həsr olunmuş konfransda geniş söhbət getmişdir. Ölkəmizin başçısı görülən işləri ətraflı şərh etmiş, qarşıda duran vəzifələri xatrılatmışdır. Konfransın materialları rayonumuzda hərtərəfli öyrənilərək, geniş təbliğ olunur. Sakinlərimiz dövlətin gündəlik diqqət və qayğısından razılıq hissi ilə danışırlar.
Fərəh və iftixar hissi ilə bildirirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyev dəfələrlə rayonumuzda olmuş, görülən işləri yüksək qiymətləndirməklə yanaşı, öz dəyərli tapşırıq və tövsiyələrini vermişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin deputatı kimi rayonumuzun qarşısında duran vəzifələrin həyata keçirilməsində bizə hər cür kömək göstərir. Məhz Mehriban xanım Əliyevanın qayğısı sayəsində yaradılan Xəzər rayonunun sosial-iqtisadi inkişaf fondu kənd və qəsəbələrimizin abadlaşdırılaraq müasirləşdirilməsində, zəruri sosial obyektlərin tikilib istifadəyə verilməsində diqqətəlayiq işlər görür.
Son bir il ərzində Dövlət Proqramı çərçivəsində Xəzər rayonunun qəsəbələri üzrə yeni qaz xətlərinin çəkilişi davam etdirilmişdir. Elektrik enerjisinin təchizatı ilə əlaqədar 7 ədəd yarımstansiya tikilərək müasir avadanlıqlarla təchiz edilmişdir. İstilik təchizatı işləri proqramda nəzərdə tutulmuş qaydada həyata keçirilir.
- Su təsərrüfatı və kanalizasiya sahəsi üzrə Mərdəkan, Şüvəlan qəsəbələrində 4 kilometrə qədər kanalizasiya xətti çəkilmişdir. Binə, Qala, Zirə qəsəbələrində hər birinin tutumu 10 min kubmetr olan su anbarı inşa edilir. Rabitə və informasiya sahəsində bütün qəsəbələrdə nömrə tutumu artırılmış, elektron ATS sisteminə keçirilmişdir. Geniş zolaqlı internet tutumu isə 9 min porta çatdırılmışdır.
- Yol təsərrüfatı sahəsi üzrə qəsəbələrdə bu ilin 6 ayı ərzində 26320 kvadratmetr asfalt çəkilmişdir. Türkan, Zirə, Şüvəlan, Binə, Buzovna qəsəbələrində əkin və həyətyanı sahələrinin su təminatını yaxşılaşdırmaq məqsədilə Abşeron-Samur su kanalı təmir olunur. 3 ədəd su anbarı və yeni nasosxana tikilir. Zirə, Türkan qəsəbələrində böyük ərazilərdə istixanaların tikintisi davam etdirilir. Zirə qəsəbəsində zeytunçuluğu inkişaf etdirmək məqsədilə 150 mindən çox ağac əkilmişdir.
Təhsil, səhiyyə, mədəniyyət, sahələrində də xeyli iş görülmüşdür.
- Binə qəsəbəsində yeni stadionun tikintisi başa çatmaq üzrədir. Zirə qəsəbəsində isə Heydər Əliyev Fondunun köməyi ilə inşa edilən, Avropa standartlarına uyğun yaraşıqlı stadionun açılışında Mehriban xanım Əliyeva iştirak etmişdir.
Bir sözlə, rayonumuzda tikinti - quruculuq və abadlıq işlərinin hamısı Dövlət Proqramında nəzərdə tutulan qrafik üzrə, yüksək səviyyədə həyata keçirilir.

{nl}

Təvəkkül SƏLİMOV, Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında