İnsana, Vətənə qayğının təzahürü

Azərbaycan Prezidenti İlham Əliyevin "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı həm giriş, həm də yekun nitqi, sözün həqiqi mənasında, insana və Vətənə qayğının nəzəri-fəlsəfi və konseptual əsasları real hərəkət və əməl dualistikası ilə üzvü əlaqələndirmənin təzahürü kimi qiymətləndirilməlidir. 
Mövcud vəziyyəti real qiymətləndirmək bacarığı cənab İlham Əliyevin kifayət qədər məlumatlı olmağına dəlalət etməklə bərabər, yüksək təhlil və düzgün nəticə çıxarmaq qabiliyyətindən də xəbər verir.
Görülən işlərin vacibliyinə diqqət yetirən cənab Prezident bunların məhz insanlar üçün edildiyini, nəinki, bugünkü insanlar, həm də gələcək nəsil üçün edildiyini xüsusi vurğulamaqla bərabər, keçmişdə bu qəbildən görülmüş işlərin əhəmiyyət və örnək parametrlərini də yada salmağı unutmadı. Bununla o, məsuliyyətin daha uzun zamana hesablandığını önə çəkməklə indi görülən işlərin həcm və keyfiyyətinin strateji mahiyyətinə aydınlıq gətirdi. Bu məsələlərdə hətta peşəkar kimi bunların işin ardıcıllığı və texnologiyası ilə bilavasitə bağlı olduğunu qeyd etməklə nəzarətin gücləndirilməsini vacib hesab etdi. Maraqlıdır ki, cənab Prezident bu işə ictimaiyyətin də qoşulmasının gərəkli olduğunu bildirməklə əhalini əməkdaşlığa, daha fəal olmağa səslədi. Proqrama daxil edilən bir sıra məsələlərin bilavasitə əhali tərəfindən təklif edildiyini qeyd etməklə onları öz təkliflərinə sahib çıxmağa sövq edərək idarəetmədə demokratik prinsiplərin tətbiqinə psixoloji zəmin hazırlanmasının tərəfdarı olduğunu bir daha nümayiş etdirdi.
O, su və kanalizasiya şəbəkəsinin insanların həyat təminatı üçün nə qədər vacib olduğunu önə çəkməklə bu obyektlərin strateji mahiyyət daşıdığını əsaslandırdı, ərzaq təhlükəsizliyinin tərkib hissəsi kimi suyun insan sağlamlığındakı rolunun ən yüksək səviyyədə qiymətləndirdiyini bəyan etdi.
Demoqrafiq vəziyyətin yaxşılaşmasına münasibət bildirilməsi, uşaq bağçalarında ərzaq təminatına diqqət yetirilməsi dövlət başçısının əhalinin, xalqın gələcəyinə xüsusi önəm verdiyini təcəssüm etdirir.
Əhaliyə göstərilən xidmətlərin fasiləsiz və keyfiyyətli olması ilə yanaşı, onların reallaşdırılması vasitələrinin nə qədər müasirləşdiyinin və bunun təkcə "smart card" timsalında hansı şəffaflığa və halallığa səbəb olduğuna diqqət çəkən cənab Prezident aparılan islahatların daha hansı məqsədlərə xidmət etdiyini aşkarladı.
Ərazilərdən səmərəli istifadənin, yol-nəqliyyat infrastrukturunun vəziyyəti və inkişafı ilə bağlı məsələlərə toxunaraq Prezident İlham Əliyev bu zaman müvafiq söküntü işlərinin aparılmasının qaçılmaz olduğunu bildirərək bu işə hamının, xüsusən də özəl qurumların dəstək verməsinin vacib olduğunu bildirdi. Çünki bu məsələlər daha çox ictimai mahiyyət daşıyır və onların təmin edilməsi dövlətin vəzifələrindən biri olaraq dəyərləndirildiyi kimi, həm də hər bir vətəndaşın, sahibkarın da içtimai-mənəvi borcu kimi qəbul edilməlidir.
Ekoloji durumun sağlamlaşdırılması, yaşıllıq zonalarının artırılması və onlara qayğı göstərilməsinin insanların həm fiziki, həm də mənəvi-estetik durumunun yaxşılaşdırılmasında oynadığı rol da dövlət başçısı tərəfindən konfransda diqqət yetirilən məsələlər sırasında önəmli yer tutdu.
Şəhərsalma məsələlərinin həm kapital, həm əmək, həm də vaxt tutumlu olduğuna əsaslanaraq cənab Prezident bu sahədə populizmə deyil, peşəkarlığa önəm verildiyini vurğuladı və bu səbəbdən də belə məsələlərin heç də hamı tərəfindən eyni cür qiymətləndirilmədiyini dedi. Çünki belə işlərin nəticəsi müəyyən vaxt keçəndən sonra bəlli olur.
Bakı ilə bağlı məsələlərin təkcə Bakıda yaşayanlara aid olmadığını, onun hamımızın qürur yeri, ölkəmizin paytaxtı olduğunu vurğulayaraq Prezident Bakıda baş verən dəyişiklikləri yüksək qiymətləndirdi. Yeni tikilən unikal obyektlərin artıq şəhərimizin simvolları, vizit kartları olan tarixi-memarlıq abidələri sırasında "vətəndaşlıq" qazandıqlarından fərəh və qürur hissi ilə danışması bu məsələlərə cəmiyyət tərəfindən düzgün qiymət verilməsinə müsbət münasibətin nümayişi kimi qəbul edilməlidir.
Bakı şəhərində tarixi-mədəni irsə rəğbətdən tutmuş, küçələrin işıqlandırılmasına qədər geniş məsələləri əhatə etdiyindən məsələyə kompleks yanaşılmasına ehtiyac olduğunu qeyd etməklə ölkə Prezidenti onların düzgün əlaqələndirilməsinin vacibliyinə də toxundu.
Cənab İlham Əliyevin konfransda çıxış üçün bilavasitə qəsəbə nümayəndələrinə söz verməsi bir tərəfdən onların məsuliyyətinin və rolunun artmasına xidmət edirdi. Necə deyərlər, onlara "kölgədən" çıxmağın vaxtının çoxdan çatdığını, pedant icraçıdan işə yaradıcı münasibət göstərməyi bacaran rəhbərə çevrilməyi təlqin və tövsiyə edən idarəetmə taktikası kimi tətbiq olundu.
Cənab Prezident ölkəmizin strateji mövqeyi, iqtisadi imkanları və məqsədləri barədə inamla danışmaqla həm də bu proqramın icraçılarında və əhalidə sabaha, daha firavan gələcəyə inam yaratmaq məqsədi daşıyırdı.

{nl}

Cahangir QOCAYEV, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında