Ombudsmanların Beynəlxalq konfransında Bakı bəyannaməsi qəbul edilmişdir

İyunun 20-də Bakıda keçirilən "Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar" mövzusuna həsr olunmuş Ombudsmanların X Bakı Beynəlxalq konfransı başa çatmışdır. Konfransda Bakı bəyannaməsi qəbul edilmişdir.
Bəyannamədə fövqəladə hallarda insan hüquqlarının müdafiəsi sahəsində yeni norma və prinsiplərin formalaşması və təbliği prosesinə dəstək verilməsi, insan hüquqlarının müdafiəsi sahəsində effektiv milli qanunvericilik aktlarının qəbul edilməsi və digər məsələlərin həlli məsələləri əks olunmuşdur. Qeyd edilmişdir ki, qlobal iqlim dəyişikliyi, təbii fəlakətlər yalnız fiziki və maddi itkilərlə müşayiət olunmur, onun hüquqi, sosial və etik aspektləri insan hüquqlarının həyata keçirilməsinə təsir göstərir. Son dövrdə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda baş verən təbii fəlakətlərin, zəlzələ, sel və daşqınların insanlara vurduğu zərəri, insan hüquqlarının həyata keçirilməsinə mənfi təsiri nəzərə alınaraq bütün aidiyyəti qurumların birgə əməkdaşlığı zəruridir.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında