Düşənbədə Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə mərasim və konsert olmuşdur

Azərbaycanın Düşənbədəki səfirliyinin təşkilatçılığı ilə Sədrəddin Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında Milli Qurtuluş Gününə həsr olunmuş mərasim və konsert keçirilmişdir.
Tədbirdə Tacikistan hökumətinin və parlamentinin üzvləri, Düşənbədə akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Mərasimin açılışında Tacikistanın mədəniyyət naziri Mirzoşuxrox Asrori çıxış edərək bildirmişdir ki, Tacikistan ilə Azərbaycan arasında bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr durmadan inkişaf edir və bu, hər iki ölkənin mənafeyinə uyğundur. O, əmin olduğunu bildirmişdir ki, Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə keçirilən bu mərasim xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcəkdir. Mirzoşuxrox Asrori belə bir əminlik ifadə etmişdir ki, bu möhtəşəm konsert bundan sonra Düşənbədə və Bakıda keçiriləcək mədəniyyət tədbirlərinin başlanğıcı olacaqdır.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bildirmişdir ki, bu mərasim və konsert Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunur. Səfir demişdir ki, 1993-cü ildə, Azərbaycanın çətin günündə dünyaşöhrətli siyasətçi Heydər Əliyev Bakıya dəvət edilmişdir. Ulu öndər əvvəlcə Azərbaycan parlamentinin rəhbəri, sonra isə dövlət başçısı seçilmişdir. Diplomat demişdir ki, ulu öndər Heydər Əliyev qısa müddət ərzində ölkədə əmin-amanlıq və sabitlik yaratmış, bütün sahələrdə islahatlara başlanmışdır.
Konsertdə Azərbaycanın əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Tacikistan Dövlət Akademik Opera və Balet Teatrının orkestri, həmçinin xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovdan ibarət "Qarabağ" triosu muğam, xalq və bəstəkar mahnılarını ifa etmişlər. Konsertdə F.Əmirovun "Azərbaycan kapriççosu", "Şur" simfonik muğamı, Niyazinin "Rast" simfonik muğamı, həmçinin digər bəstəkarların əsərləri səslənmişdir.
Tamaşaçılar Azərbaycan musiqisini ayaqüstə alqışlamışlar.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Düşənbə

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında