Zəlzələ bölgəsində 3 minə yaxın fərdi ev və 104 sosial obyekt tamamilə qəzalı vəziyyətə düşmüşdür

Ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında 2995 fərdi ev və 104 sosial obyekt tamamilə qəzalı vəziyyətə düşmüşdür. Bundan əlavə, 3745 fərdi evin və 105 sosial obyektin bərpa və gücləndirməyə, 6875 evin və 144 sosial obyektin isə təmirə ehtiyacı olduğu müəyyənləşmişdir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) operativ qərargahından AzərTAc-a bildirmişlər ki, ümumiyyətlə, dəymiş ziyanın dəqiqləşdirilməsi məqsədi ilə işçi qrupları tərəfindən iyunun 20-dək fəlakət bölgəsində 22 min 121 fərdi evə və 430 sosial obyektə baxış keçirilmişdir. Monitorinqlərin birinci mərhələsi artıq başa çatmaq üzrədir. Daha sonra seçmə üsulu ilə evlərə təkrar baxışlar keçiriləcəkdir.
Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq hazırda fəlakət bölgəsində zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində kompleks tədbirlər davam etdirilir. Qəzalı evlər və məktəb binaları sökülür, ərazilər təmizlənir, yeni evlərin və məktəb binalarının tikintisi üçün özüllər qazılır, bünövrələrə beton tökülməsi işləri görülür.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında