Azərbaycan gəncləri Parisdə konfransa hazırlaşırlar

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) iyunun 20-də Fransanın paytaxtı Parisin "Ecole Militaire" sarayında "Azərbaycanın Avropaya inteqrasiyası: problemlər və perspektivlər" mövzusunda konfrans keçirəcəkdir.
AGAT-ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, "Gazelli" mağazalar şəbəkəsinin, "Azəriqazbank" Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə təşkil olunacaq tədbirdə ölkəmizin əldə etdiyi nailiyyətlərlə yanaşı, Qarabağla bağlı həqiqətlərin Fransa ictimaiyyətinə çatdırılması nəzərdə tutulmuşdur. Tədbirin ekspertləri Bakı Dövlət Universitetinin müəllimi, hüquqşünas Fazil Zeynalov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Gülmira Rzayeva olacaqlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında