Rumıniyada Əyyub Quliyevin konserti böyük uğurla keçmişdir

Rumıniyanın Olteniya Dövlət Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin konserti keçirilib.
Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, gənc dirijorun idarəçiliyi ilə Olteniya Filarmonik Orkestrinin ifasında Azərbaycan, Avropa və Cənubi Amerika musiqisi nümunələri səslənib. Rumıniya Mədəniyyət Nazirliyi, Krayova şəhər meriyası və Olteniya Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilən konsertdə ilk dəfə olaraq Rumıniyada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Üvertura ifa olunub. Rumıniya Filarmonik Orkestri tərəfindən səsləndirilən bu əsər dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Konsertin instrumental bölməsində məşhur rumın zərb ifaçısı, Buxarest Filarmonik Orkestrinin solisti Aleksandru Anastasiunun ifasında tanınmış Braziliya bəstəkarı Ney Rozauronun Vibrafon və orkestr üçün konserti dinləyicilərə təqdim edilib. Konsertin ikinci bölməsində fransız bəstəkarları Jorj Bize və Kamil Sen-Sansın müxtəlif səhnə əsərlərinin simfonik orkestr üçün işləmələri yer alıb. Dünya şöhrətli "Karmen Süita" ilə bərabər Bizenin "Arlezianka" süitasından nümunələr dinləyicilər tərəfindən maraqla qarşılanıb. Konsertin sonunda isə Sen-Sansın "Samson və Dalila" operasından "Vakxanaliya" simfonik lövhəsi ilə proqrama yekun vurulub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında