Gələn həftədən Azərbaycanda "Avro-3" standartı tətbiq ediləcək

"APA-ECONOMICS"in xəbərinə görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib.
Onun sözlərinə görə, bu standart qrafikə uyğun olaraq mərhələ-mərhələ həyata keçiriləcək: "2015-ci ildən isə ölkədə "Avro-4" standartının tətbiq edilməsi gözlənilir".
R.Həsənov qeyd edib ki, Azərbaycanda "Avro-4"ün tətbiq edilməsi hələlik tezdir: "Çünki Azərbaycanda neftayırma zavodları bu standartın tələblərinə cavab vermir. 2015-ci ilədək Azərbaycanda mövcud neftayırma zavodlarında yeni texnologiyalar tətbiq edilməlidir ki, "Avro-4" standartı qəbul edilsin".
SMPDK sədri "Avro-3" standartının qəbul edilməsi ilə avtomobillərə qarşı tələblərin ciddiləşəcəyini də vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında