Bakı buxtası üzərindən keçəcək avtomobil körpüsü paytaxtın tıxac probleminə və ekoloji vəziyyətə müsbət təsir edəcəkdir

Bakı buxtası üzərindən avtomobil körpüsünün inşası layihəsi artıq hazırdır.
Bu sözləri Nəqliyyat Nazirliyinin şöbə müdiri Sədrəddin Məmmədov demişdir.
S.Məmmədov bildirmişdir ki, artıq layihənin texniki-iqtisadi əsaslandırılması işləri başa çatmışdır. Layihəyə görə, uzunluğu 17 kilometr olacaq körpünün tikintisi təqribən iki milyard dollara başa gələcəkdir. Bu, təkcə nəqliyyat deyil, həm də turizm layihəsi olacaqdır. Belə ki, burada şəhərin abadlaşdırılması elementləri də əksini tapacaqdır.
İlkin plana görə, layihənin həyata keçirilməsi qərara alınarsa, bunun üçün beynəlxalq konsorsium yaradılacaqdır. Körpünün detallı layihəsi hazırlanıb təsdiq olunandan sonra konsorsium onun tikintisini həyata keçirəcəkdir. Tikinti başa çatandan sonra konsorsium onun idarəetməsi ilə məşğul olacaqdır.
Körpünün inşası nəqliyyatın hərəkətini dəfələrlə asanlaşdıraraq, həm şəhərdəki tıxac probleminin həllinə, həm də ekoloji vəziyyətə müsbət təsir edəcəkdir. Onun istifadəyə verilməsi ilə avtomobillə Zığ dairəsindən Lökbatandakı ticarət mərkəzlərinə getmək üçün cəmi 6 dəqiqə vaxt lazım olacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında