Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası Beynəlxalq Dəniz Təşkilatı ilə birgə tədbir keçirir

İyun ayının 18-də Bakıda "Grand Hotel Europe" mehmanxanasında Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Beynəlxalq Dəniz Təşkilatı ilə birgə təşkil etdiyi "Neftlə çirklənmə zamanı fövqəladə tədbirlərin planlaşdırılmasına dair Xəzəryanı dövlətlər üçün regional tədbir" öz işinə başlamışdır. 
Tədbirdə Beynəlxalq Dəniz Təşkilatının ekspertləri ilə yanaşı, Xəzəryanı ölkələrin - Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın nümayəndələri, Azərbaycan Respublikası Milli Məclisi, Nazirlər Kabineti, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat nazirliklərinin, Dövlət Sərhəd Xidməti, Dövlət Neft Şirkəti, Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Xəzər Dəniz Neft Donanmasının və dənizçilik sahəsində fəaliyyət göstərən digər təşkilatların nümayəndələri iştirak edirlər. Bu forum Dəniz mühitinin çirkləndirilməsinin qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Beynəlxalq Dəniz Təşkilatı ilə birgə Bakı şəhərində təşkil etdiyi növbəti beynəlxalq səviyyəli tədbirdir və Xəzəryanı dövlətlər üçün xüsusi əhəmiyyət kəsb edir.
Tədbirdə gəmidən neft axınına səbəb olmuş, ya da səbəb ola biləcək hər hansı bir hadisə haqqında təcili məlumat vermə, çirkləndirmə xəbərdarlığından sonrakı işlər və digər məsələlərə dair ətraflı müzakirə aparılmış, çirkləndirmə hadisələri ilə təcili və effektiv mübarizənin milli sisteminin təşkili sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Q. Qurbanov qeyd etmişdir ki, Xəzər neftlə zəngin bir dənizdir və neft və neft məhsullarının daşınması zamanı müvafiq beynəlxalq standartların yerinə yetirilməməsi dənizin ekoloji cəhətdən çirkləndirilməsinə gətirib çıxara bilər ki, bu da hər bir Xəzəryanı dövlət üçün arzuolunmaz haldır. Məhz bu tədbirin keçirilməsinin əsas məqsədi də Xəzər dənizi mühitinin mühafizəsinin təmin edilməsi üçün Beynəlxalq Dəniz Təşkilatı tərəfindən müəyyən edilmiş standartlarla bağlı tədbir iştirakçılarına ətraflı məlumatın verilməsidir.
Tədbir iyun ayının 20-də öz işini yekunlaşdıracaqdır.

{nl}

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında