Zəlzələ bölgəsində fərdi evlərin tikintisinə başlanmışdır

Ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) və aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər davam etdirilir.
Fəlakət bölgəsində qəzalı vəziyyətə düşmüş fərdi evlərin və məktəb binalarının çoxu artıq sökülmüş, ərazi təmizlənərək tikintiyə hazır vəziyyətə gətirilmişdir.
Yeraltı təkanlar nəticəsində evləri qəzalı vəziyyətə düşmüş ailələr üçün yeni evlərin tikintisinə başlanmışdır. Hazırda evlərin özülü qazılır, betonlama işləri görülür. Xüsusi layihələr əsasında tikiləcək bu evlər iki, üç, dörd və beş otaqlı olmaqla, güclü zəlzələlərə davamlı olacaqdır. Ərazidə 12 podratçı tikinti təşkilatı fəaliyyət göstərir. Evlərin tikintisi üçün lazım olan inşaat materiallarının gətirilməsi davam edir.
Tezliklə məktəb binalarının da tikintisinə başlanacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında