Xəzərin "Kəpəz" yatağında Türkmənistan tərəfindən seysmik işlərin aparılması ilə əlaqədar Azərbaycan Türkmənistana etirazını bildirmişdir

Türkmənistanın ölkəmizdəki səfiri Toyli Komekov iyunun 18-də Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunmuşdur. 
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, xarici işlər nazirinin müavini Xələf Xələfov ilə keçirilmiş görüşdə bildirilmişdir ki, 2008-ci ildə iki ölkə arasında əldə olunmuş razılaşmaya əsasən, tərəflər Azərbaycan və Türkmənistan sektorlarının dibinin kəsişdiyi sahələrdə Xəzər dənizinin dibinin bölgüsü ilə bağlı məsələlər razılaşdırılmayanadək kəşfiyyat və hasilatla bağlı heç bir fəaliyyət həyata keçirməyəcəklər. Bu razılaşma pozularaq Azərbaycan və Türkmənistan sektorlarının kəsişməsində yerləşən "Kəpəz" yatağında Türkmənistan tərəfindən seysmik işlərin aparılmasına cəhd göstərilir.
Bununla əlaqədar Türkmənistan tərəfinə qəti etiraz bildirilmiş və qeyd olunmuşdur ki, Türkmənistanın hüquqa zidd fəaliyyəti qəbuledilməzdir. Azərbaycan tərəfi Xəzər dənizində suveren hüquqlarının müdafiəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi hüququnu özündə saxlayır.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında