Parisdə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilmişdir

İyunun 18-də Parisdə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş olmuşdur.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Jak For (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak etmişlər.
Həmsədrlər görüşün yekunlarına dair birgə bəyanatla çıxış etmişlər. Bəyanatda deyilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, humanitar əlaqələrin inkişafı, atəşkəs rejimi pozuntularının araşdırılması üçün mexanizmin yaradılması, tarixi-mədəni abidələrin qorunması kimi məsələlər üzrə görüləcək işlər müzakirə olunmuşdur.
ATƏT-in Minsk qrupunun həmsədrləri təmas xəttində baş verən insidentlərdən dərin narahatlıqlarını bir daha ifadə edərək atəşkəs razılaşmasına əməl olunmasının vacibliyini vurğulamışlar.
Bəyanatda qeyd edilir ki, nazirlər münaqişənin sülh yolu ilə həlli üçün həmsədrlərlə birgə işi davam etdirməkdə qərarlı olduqlarını, eləcə də danışıqlar prosesinə müsbət təsir göstərəcək etimadartırıcı tədbirlərin həyata keçirilməsinə hazır olduqlarını bildirmişlər.
"Görüş müsbət və konstruktiv şəkildə keçmişdir. Növbəti addım kimi həmsədrlər yaxın həftələrdə bölgəyə səfər edəcəklər", - deyə bəyanatda vurğulanır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında