Rusiyanın milli bayramı şərəfinə

İyunun 9-da Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Rusiya Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qonaqları salamlayaraq demişdir ki, müstəqil dövlətlər olan ölkələrimiz sürətlə inkişaf edirlər. Bu gün Azərbaycan ilə Rusiya arasında əlaqələr qarşılıqlı ehtirama və hörmətə əsaslanan strateji tərəfdaşlıq çərçivəsində qurulmuşdur.
Səfir ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rolunu və xidmətini xüsusi vurğulamışdır. Diplomat bildirmişdir ki, hazırda bu əlaqələr inkişaf edir. Rusiya qonşu Azərbaycanın çiçəklənməsində, daha da güclənməsində maraqlıdır.
Baş nazirin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevin adından milli bayram münasibətilə Rusiya xalqını təbrik etmişdir.
Y.Eyyubov vurğulamışdır ki, Azərbaycan-Rusiya əlaqələri möhkəm təməl üzərində qurulmuşdur, xalqlarımızın dostluğu çoxəsrlik tarixə malikdir. İki dövlət arasında möhkəm əlaqələrin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Bu münasibətlərin möhkəmlənməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin böyük əhəmiyyəti vardır.
Dövlətlərimiz arasında hərtərəfli münasibətlərin bu gün sürətlə inkişaf etdiyini deyən Y.Eyyubov Cənubi Qafqaz regionunda ən böyük rus icmasının məhz Azərbaycanda yaşadığını diqqətə çatdırmışdır.
Qəbulda Milli Məclisin deputatları, dini konfessiyaların rəhbərləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişlər.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında