Kənd təsərrüfatı məhsulları satış yarmarkaları istehlak bazarında qiymətlərin artmasının qarşısını alır

Azərbaycan iqtisadiyyatının mütəmadi artım tempini təmin edən əsas amillərdən biri onun çoxşaxəli xarakter daşıması, əsas iqtisadi sahələrin paralel şəkildə inkişaf etdirilməsidir. Bunun nəticəsidir ki, ölkə iqtisadiyyatı təkcə enerji yox, digər mühüm sahələr üzrə də dinamik inkişaf edir. Belə sahələr sırasında əldə olunan göstəricilər baxımından xüsusilə seçilən sektorlardan biri də kənd təsərrüfatıdır.
Artıq kənd təsərrüfatında inkişaf göstəriciləri elə bir həddədir ki, Azərbaycan bu sahə üzrə əksər məhsullar, o cümlədən taxıla olan tələbatı yerli istehsal hesabına tam ödəməkdədir. Ərzaq təhlükəsizliyi baxımından isə bu, olduqca mühüm nailiyyət hesab edilir.
Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: "Biz aqrar sektorun inkişafı istiqamətində bütün imkanlarımızı səfərbər etməklə yanaşı, kənd təsərrüfatı istehsalçılarından da keyfiyyətli məhsul, mütərəqqi təsərrüfatçılıq vərdişləri, yüksək işgüzarlıq və təşəbbüskarlıq gözləyirik. Kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət növü deyil. O həm həyat tərzi, həm də xalqımızın uzun illərdən bəri yaratdığı təsərrüfatçılıq ənənəsidir".
Bütün bunlar aqrar sektorun sürətli inkişafını təmin etməklə yanaşı, ölkəmizdə kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini stimullaşdırır, Azərbaycanın həm də belə məhsulların əsas ixracatçılarından birinə çevrilməsinə şərait yaradır. Həmçinin aqrar sektora ayrılan diqqət onun ölkə iqtisadiyyatında ümumi payının artmasına və əsas gəlirli sahələrdən birinə çevrilməsinə səbəb olur. Eyni zamanda ölkə Prezidenti İlham Əliyevin ərzaq məhsullarının istehsalının artırılması, idxaldan asılılığın minimuma endirilməsi tapşırığının reallaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi də müsbət göstəricilərlə müşahidə edilir. İstehlak bazarında qiymətlərin artmasının qarşısının alınması məqsədilə hər həftənin şənbə və bazar, eyni zamanda bayram günlərində Bakı şəhərinin müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının satışı yarmarkasının keçirilməsi həmin tədbirlər sırasında önəmliliyi ilə diqqəti cəlb edir.
Kənd Təsərrüfatı Nazirliyi paytaxtın icra hakimiyyətləri ilə birgə kənd təsərrüfatı məhsullarının satışını Binəqədi, Xətai, Nərimanov, Nəsimi, Səbail, Suraxanı, Yasamal və Sabunçu rayonlarında bunun üçün ayrılan xüsusi yerlərdə gerçəkləşdirir. Yarmarkaların təşkilində məqsəd qida məhsullarının süni qiymət artımına yol verməmək, tələbatı təmin etmək və istehlak bazarında seçim imkanlarını genişləndirməkdir. Burada əsas diqqət ona yönəldilir ki, istehlakçılar kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən ucuz əldə edə bilsinlər.
Yarmarkalarla bağlı bir məqama da toxunmaq istərdim. Kənd təssərrüfatı məhsulları satışı nöqtələrində qiymətlər bazar qiymətlərindən 25-35 faiz aşağı olur. Bununla yanaşı, kartofun, tərəvəzin, bostan məhsullarının, meyvə və giləmeyvə istehsalının əhalinin istehlak normasından 1,9-2,4 dəfə artıq olması ilə əlaqədar məhsul itkisinin qarşısının alınması, habelə əhalinin müntəzəm olaraq kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi məqsədilə respublikanın bir çox rayonlarında dövlət vəsaiti hesabına ümumi tutumu 60 min tondan artıq olan soyutma anbarları tikilib istifadəyə verilmişdir. Respublika əhalisinin istehlak tələbatının ödənilməsi məqsədilə kənd təsərrüfatı məhsulları bolluğunun yaradılması və istehsal edilmiş məhsulların saxlanılmasının təşkil edilməsi üçün bu gün də geniş iş aparılır və bundan sonra müvafiq praktiki tədbirlərin reallaşdırılması nəzərdə tutulur.

{nl}

Fərhad ŞƏFİYEV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında