Sabirabadda Milli Qurtuluş Günü təntənə ilə qeyd olundu

Sabirabadlılar 19 il əvvəl respublikamızda cəryan etmiş hadisələri yaxşı xatırlayırlar. Naşı, səriştəsiz, xəyanətkar rəhbərlər Azərbaycanı vətəndaş müharibəsi, parçalanmaq, dağılmaq həddinə gətirib çıxartmışdılar. Bütün sahələrdə ağır böhran hökm sürürdü. İnsanların gələcəyə inamı tükənmişdi.
Belə ağır, taleyüklü məqamda müdrik rəhbər, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldi, ölkəmizi bəlalardan, faciələrdən qurtardı, müstəqilliyimizi qoruyub möhkəmləndirdi. Bizə müstəqil, suveren, demokratik Azərbaycanı ərmağan etdi.
Milli Qurtuluş Günü ilə başlanan bu tarixi xatırlamaq, ulu öndərin xatirəsinə dərin hörmət və ehtiramlarını bildirmək üçün Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, geniş ictimaiyyətin nümayəndələri Heydər Əliyev Abidə-muzey kompleksinə toplaşdılar. Ulu öndərin abidəsi önünə əklil, gül-çiçək dəstələri düzüb onun parlaq xatirəsini ehtiramla yad etdilər.
Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş geniş tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək bu günün tarixi əhəmiyyətindən, 1993-cü ildə ulu öndərin xalqın təkidilə hakimiyyətə qayıdışından, müstəqilliyimizin qorunub möhkəmləndirilməsi və ölkəmizin dinamik inkişafı istiqamətində gördüyü böyük işlərdən, bu dahi siyasətçinin milli dövlətçilik quruculuğu sahəsindəki misilsiz xidmətlərindən ətraflı söhbət açdı, onun siyasi kursunun ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini xüsusi vurğuladı. N.İsmayılov Heydər Əliyev siyasətinin Sabirabadda da gözəl bəhrələr verdiyini, rayonun şəhər və kəndlərində abadlıq, quruculuq işlərinin geniş vüsət aldığını bildirdi.
Tədbir iştirakçıları dahi şəxsiyyətin şərəfli həyat yolundan bəhs edən "Böyük ömrün anları" sənədli filminə tamaşa etdilər.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında