Xəzər rayonunda bayram tədbiri

Xəzər Rayon İcra Hakimiyyəti və rayonun gənclər və idman idarəsinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə iyunun 5-dən 14-nə qədər futbol üzrə rayon kuboku keçirilib. 
Adıçəkilən bayramı rayonda yüksək səviyyədə keçirmək, idman və sağlam həyat tərzini təbliğ etmək, "2005-2015-ci illər ərzində futbolun inkişafı Dövlət Proqramı"nın icrasını reallaşdırmaq, bu idman növünə marağı daha da artırmaq və ən güclü futbolçuları aşkarlamaq məqsədilə həmin yarışa qəsəbələrdən 12 komanda ("Dostluq Binə", "Abşeron NQÇİ", "Binə-1", "Binə-2", Polis Akademiyası, "Xəzər SMM", "Binə-3", Mərdəkan, Xəzər Gİİ, "Buzovna-Xəzri", "Şüvəlan bələdiyyəsi", "Türkan bələdiyyəsi") qoşulub. "Dalğa Arena" stadionu, Şağan Olimpiya və Zirə İdman komplekslərində keçirilən yarışlarda kubokun qalibi adını "Binə-3" komandası qazanıb. İkinci yeri "Abşeron NQÇİ", üçüncü yeri isə "Şüvəlan Bələdiyyəsi" tutub.
Kubokun bağlanış mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev iştirak etmişlər.
Yarışda birinci, ikinci və üçüncü yerləri tutmuş komandalar rayon icra hakimiyyəti və rayon gənclər və idman idarəsi tərəfindən kubok, diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında