Mingəçevirdə ulu öndər qədirbilənliklə yad olundu

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Mingəçevir Dövlət Dram Teatrında şəhər icra hakimiyyəti və YAP şəhər təşkilatının birgə yığıncağı keçirilmişdir. Konfrans iştirakçıları və şəhər ictimaiyyətinin nümayəndələri əvvəlcə ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoydular. 
Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 1991-ci ildən ölkədə ağır bir vəziyyət yarandığını, respublikanın vətəndaş müharibəsi, milli dövlətçiliyin məhvi təhlükəsi ilə üz-üzə qaldığını, ölkəni bu vəziyyətdən çıxarmaq, onu xarici təhlükələrdən qorumaq üçün xalqın güclü bir şəxsiyyətə ehtiyacı olduğunu bildirdi. Eyni zamanda, qeyd etdi ki, məhz belə bir şəxsiyyət Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev idi. Ölkədə baş verən özbaşınalıq, hərc-mərclik, ümidsizlikdən yaxa qurtarmaq üçün xalq üzünü Naxçıvana - ümummilli lider Heydər Əliyevə tutdu. Ulu öndər xalqın təkidli tələbi ilə ölkəni bəlalardan qurtarmaq üçün Azərbaycan rəhbərliyinə dəvət edildi. Böyük siyasətçi olan Heydər Əliyev öz xalqının tələbi ilə Bakıya gəldi. İyun ayının 15-də Milli Məclisin sədri vəzifəsinə seçilməklə ulu öndərin yenidən Azərbaycan siyasi hakimiyyətinə qayıdışı oldu. Həmin gündən Azərbaycanın, inkişaf etmiş bir dövlətin əsasını qoymağa başladı. Elə bu səbəbdən də 15 iyun günü tariximizə Milli Qurtuluş günü kimi daxil oldu.
Hal-hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsindən və əldə edilən uğurlardan danışan natiq qeyd etdi ki, biz tariximizi öyrənməli və öyrətməliyik. Bu baxımdan bu gün Milli Qurtuluş günü münasibətilə təşkil olunan yığıncağın böyük əhəmiyyəti vardır. İcra başçısı vurğuladı ki, bu gün müstəqil Azərbaycan dünyanın sayılıb seçilən ölkələri ilə eyni sırada dayanır, BMT Təhlükəsizlik Şurasına sədrlik edirsə, bu bilavasitə Qurtuluş günümüzün uğurlu nəticələrindən biridir.
Sonra YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, 12 nömrəli məktəbin direktoru Mirzə Cavadov, Turizm Kollecinin direktoru Əyyub Əyyubov, şəhər Mərkəzi Xəstəxanasının şöbə müdiri Eldar Kərimov, Mərkəzi kitabxananın şöbə müdiri Yaqut İsmayılova, Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələri İctimai Birliyinin şəhər şöbəsinin sədri Nizami Təhməzov, YAP şəhər təşkilatı Gənclər Birliyinin sədri Samirə Hacıyeva milli tariximizdə qurtuluş gününün əhəmiyyətindən danışdılar.
Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının ifasında bayram konserti təşkil edildi.

{nl}

İlqar MUSAOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında