BAU-da elmi-praktik konfrans

Bakı Avrasiya Universitetində 15 İyun - Milli Qurtuluş Günü və universitetin təsis edilməsinin 20 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə BAU-nun rektoru, fəlsəfə elmləri doktoru Nazim Hüseynli açaraq elmi-praktik konfransın məqsədi, əsas mövzuları barədə məlumat vermişdir. BAU-nun prorektoru, hüquq elmləri doktoru Nazim Cəfərli "Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində dönüş nöqtəsidir" mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Natiq 15 iyun 1993-cü ildə dahi siyasətçi Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışının Azərbaycanın müasir tarixində böyük xilaskarlıq missiyası kimi əbədi qalacağını vurğulamış, ulu öndərin milli dövlətçilik quruculuğu sahəsindəki misilsiz xidmətlərindən ətraflı bəhs etmişdir. Hüquq elmləri doktoru İlham Rəhimov, dosent Hikmət Rzayev, əməkdar jurnalist Yasin Qaraməmmədli və başqaları çıxış edərək Milli Qurtuşluş Gününün tarixi əhəmiyyətindən, ölkəmizdə dövlət və özəl təhsilin təşkili sahəsindəki uğurlardan bəhs etmişlər. BAU-nun yubiley tədbirinə qatılan müxtəlif illərin məzunları isə bu doğma təhsil ocağının, sevimli müəllimlərinin onların həyatında oynadığı xüsusi roldan ürəkdolusu söz açmışlar.
Konfrans sonra bölmələr üzrə işini davam etdirmişdir.

{nl}

M.ABDULLAYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında