Naxçıvanda Milli Qurtuluş Günü qeyd edilmişdir

Naxçıvan şəhərinin baş meydanında - Heydər Əliyev Muzeyinin qarşısında Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bayram tədbirində iştirak etmişdir.
Tədbirin aparıcıları qeyd etmişlər ki, 1991-ci ildə Azərbaycana rəhbərlik edən şəxslərin düşünülməmiş siyasəti, səriştəsizliyi və bacarıqsızlığı yenicə müstəqillik qazanmış gənc respublikanı uçuruma sürükləyirdi. 1993-cü ilin iyun ayında Azərbaycanda böhranlı vəziyyət son həddə çatmışdı. İstər daxili, istərsə də xarici siyasətdə yol verilmiş nöqsanlar son nəticədə ölkəni gərgin, fəlakətli bir duruma salmışdı. Belə bir ağır, taleyüklü məqamda xalqımız siyasi müdriklik və əsl uzaqgörənlik nümayiş etdirərək yeganə xilaskarına, görkəmli dövlət xadimi Heydər Əliyevə üz tutdu, ulu öndərimizi təkidlə hakimiyyətə dəvət etdi.
"Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm", - deyən ümummilli liderimiz Heydər Əliyevin 19 il bundan əvvəl siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətçilik tariximizə qızıl hərflərlə daxil olmuşdur. Müstəqil Azərbaycana rəhbərlik etdiyi on il müddətində ümummilli lider əsrlərə sığmayan böyük işlər görmüş, yeni-yeni müəssisələr işə salınmış, ölkədə vətəndaş həmrəyliyi, siyasi sabitlik, qanunların aliliyinə əsaslanan hüquqi-demokratik idarəçilik sistemi bərqərar edilmiş, milli Konstitusiyamız qəbul olunmuş, Azərbaycan sürətli inkişaf və tərəqqi yoluna çıxmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov demişdir: "Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. 1993-cü ilin 15 iyunu Azərbaycan xalqı və dövlətçiliyi üçün nicat yolunun başlanğıcı olmuşdur. Odur ki, bu bayram bizim hamımız üçün müqəddəsdir. Ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün Azərbaycan adlı məmləkətdə sabitlik, əmin-amanlıq şəraitində yaşadığımıza görə Milli Qurtuluş Gününə borcluyuq... Xalqımızın düçar olduğu son dərəcə təhlükəli bir zamanda ümummilli lider Heydər Əliyevin inanılmaz fədakarlığı, qətiyyəti olmasaydı, Qurtuluş Günü də olmayacaqdı. Qurtuluş Günü olmasaydı, Azərbaycan adlı müstəqil dövlət də olmayacaqdı. Milli Qurtuluş Günü Heydər Əliyev şəxsiyyətinin, siyasi fəaliyyətinin və xilasedici gücünün konkret zaman kəsiyində əyani ifadəsidir".
Qeyd olunmuşdur ki, bu gün Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir, yeni-yeni uğurlara imza atır. Prezident İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Artıq Azərbaycan iqtisadi inkişaf tempinə görə lider dövlətə çevrilmişdir. İndi hər bir azərbaycanlı öz Vətəni, öz dövləti ilə - müstəqil və çiçəklənən Azərbaycanla qürur duyur. Bütün bunlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi Heydər Əliyev siyasi xəttinin həyati gücü və əbədiliyi ilə bağlıdır.
Son 17 ildə Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında böyük inkişaf yolu keçmişdir. Həyata keçirilən sosial-iqtisadi islahatlar, reallaşdırılan böyük layihələr muxtar respublikaya yeni həyat vermiş, onu tərəqqiyə qovuşdurmuşdur. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir.
Bayram konsertində Azərbaycan Respublikasının xalq artisti Brilyant Dadaşovanın və Aşıq Əlinin ifa etdikləri mahnılar, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının üzvlərinin və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupunun çıxışları meydana toplaşmış minlərlə tamaşaçının alqışları ilə qarşılanmışdır.
Sonda bayram atəşfəşanlığı olmuşdur.
Konsertdən sonra ifaçılarla görüşən Ali Məclisin sədri onları Milli Qurtuluş Günü və uğurlu konsert münasibətilə təbrik edərək demişdir ki, Milli Qurtuluş Günü Azərbaycanın əziz bayramıdır. Xalqımız Azərbaycana sabitlik, yüksək inkişaf və iqtisadi tərəqqi bəxş edən Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edir. Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bu bayram geniş qeyd olunur. Bu gün naxçıvanlılara bu bayrama layiq gözəl bir konsert proqramı təqdim edildi.
Ali Məclisin sədri dəvəti qəbul edib Naxçıvanda konsert proqramı ilə çıxış etdiklərinə görə ifaçılara təşəkkürünü bildirmiş, onlarla xatirə şəkli çəkdirmişdir.
Bayram konserti Naxçıvan Dövlət Televiziyası və Radiosu, "Kanal-35" televiziyası və "Naxçıvanın səsi" radiosu ilə canlı yayımlanmışdır.
Həmin gün Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də 15 İyun - Milli Qurtuluş Günü münasibətilə el şənlikləri keçirilmiş, bayram konsertləri olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında