Xudat sərhəd dəstəsində təntənəli tədbir keçirilmişdir

İyunun 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat sərhəd dəstəsində Milli Qurtuluş Günü və hərbi hissənin yaradılmasının 20 illik yubileyi münasibəti ilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə DSX-nin rəisi, Sərhəd Qoşunları komandanı, general-leytenant Elçin Quliyev iştirak etmişdir.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Sonra çıxış edən DSX-nin Xudat sərhəd dəstəsinin komandiri polkovnik-leytenant Rövşən Səfərov bildirmişdir ki, 20 il öncə Samur körpüsündə sərhəd nəzarəti xidmətinin təşkil edilməsi ilə əsası qoyulmuş hərbi hissə şərəfli inkişaf yolu keçmiş, sərhəd dəstəsinin hərbi qulluqçuları xidmət dövründə böyük əzmkarlıq və iradə nümayiş etdirmişlər.
Tədbirdə çıxış edən Sərhəd Qoşunları komandanı Elçin Quliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulamışdır. Natiq 1992-1993-cü illərdə müstəqilliyimizi istəməyən müəyyən qüvvələrin ölkəmizdə yaranmış gərgin ictimai-siyasi vəziyyətdən istifadə edərək müxtəlif təxribatlar törətmək cəhdlərinin qarşısının alınmasında yerli sakinlərin rolunu qeyd etmişdir.
Bildirilmişdir ki, 20 il ərzində 4 min 700 sərhəd pozucusunun, təxminən 17,3 milyon manat qaçaqmalın, 261 kiloqram narkotik maddənin, silah-sursatın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmışdır.
Mərasimdə xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçu təltif olunmuş, hərbi hissənin formalaşdığı ilk illərdə sərhədçilərə yaxından kömək etmiş yerli sakinlərə fəxri fərmanlar və qiymətli hədiyyələr verilmişdir.
Sonda sərhəd dəstəsinin qarnizonunda yeni inşa edilmiş tibb məntəqəsi ilə tanışlıq olmuşdur.
Tədbir maraqlı konsert proqramı ilə başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında