"5/36"dan 60 200, "Uğur"dan isə 22 021 manat!

"5/36" lotereyasının may ayında keçirilən tirajları, lotereya həvəskarlarının yaddaşından hələ uzun müddət silinməyəcək. Dalbadal bir neçə iştirakçı 5-6 min manat pul uduşlarına sahib olsalar da, son mərhələdə, iri məbləğdə "Cek Pot"un bir addımlığında dayanmalı olurdular. Nəhayət, mayın 25-də "5/36"nın 403-cü tirajında "Cek Pot" uduldu. 60 200 manat məbləğində uduşun sahibi Lənkəran şəhər sakini Sadıxov Şahin Şəfiq oğludur. Bir müddət bərbərlik edib, hazırda xırda ticarətlə məşğul olur. Lotereya oyunlarının azarkeşi olmasa da, oyunlarda aktiv iştirak edir. O deyir ki, hər gün bazarda olur və burada lotereya oyunlarının nəticələri daimi müzakirə mövzusudur. Tez-tez "xeyirli olsun, dünən filankəs yaxşı pul uddu, maşın uddu" kimi söhbətləri eşidir. Məsələ burasındadır ki, Şahin iri uduş sahibi olan yerlilərinin çoxunu tanıyır və təbii ki, hər uduşdan sonra onun oyunlara inamı artır. Yeri gəlmişkən, "5/36" lotereyasının bundan öncəki "Cek-Pot"u da, Lənkəran lotereya həvəskarlarına qismət olmuşdu. Cari ilin mart ayında 66 900 manat məbləğində "Cek Pot"a sahib olan 22 yaşlı Lənkəran sakini Cəfərov Samir Ağakərim oğlu haqqında məlumat vermişdik. İndiki qalib 42 yaşlı Şahin evlidir, ailəsi ilə birlikdə ata-baba evində yaşayır və bu uduş onun daha böyük arzularının çin olmasına müjdədir. 
Hər şey böyük yaradanın əlindədir! Bunu Bakı sakini Mehbullayeva Gülnara Əli qızı deyir. Məsələ burasındadır ki, Gülnara xanımın ilk oğlu anadangəlmə əlildir. Həyat yoldaşı da rəhmətə gedib. Artıq yaşı 50-ni keçmiş iki oğul anası, bütün həyatını balasına qurban edib. Biz onunla telefonla danışarkən hədiyyə axtarırdı. İyun ayının 14-ü oğlunun ad günüdür. Sevinə-sevinə, "gərək oğluma yaxşı bir hədiyyə alım, uduşu, allah qoysa, ayın 15-də, "Qurtuluş günü" alacağam. O, "Uğur" lotereyasının 44-cü tirajında 2-ci turun 22 021 manat məbləğində "Cek Pot"unu udub. Bileti onun ikinci oğlu alıbmış və bu da qismət-bu ailə üçün əhəmiyyətini sözlə ifadə etməyin mümkünsüz olduğu 22 021 manat!
Ötən yazılarımızda qeyd etmişdik ki, iyun ayının 1-dən başlayaraq "Azərlotereya" ASC oyunların keçirilmə formatında əhəmiyyətli dəyişikliklər edib. Əvvəla, lotereya həvəskarlarının müxtəlif zövqlərini nəzərə alan "6/40", "Avto Sürpriz", "Sprint" kimi yeni oyunlar təşkil edilib. İkincisi, indi "Ailə Sevinci", "Binqo" və "Uğur" kimi lotereyaların tirajları dəyişməz qalaraq, həftədə üç dəfə olmaqla AzTV-nin canlı efirində keçirilsə də, "5/36" və "6/40" lotereyalarının tirajları "Space" kanalı vasitəsi ilə canlı yayımlanırlar. Nəhayət, "5/36" və "6/40"-ın tirajları bazar günündən başqa hər axşam keçirilir və "Cek Pot"lar kifayət qədər sanballı rəqəmlə ifadə olunurlar. "Avto Sürpriz" və "Sprint" kimi ani oyunlara gəldikdə isə, burada da müxtəlif zövqlər nəzərə alınıb. Belə ki, bir an içərisində çoxsaylı xırda uduşlarla yanaşı "Sprint" oyununda 1000, 2000, 5000 və 30000 manat pul uduşlarına, "Avto Sürpriz" oyununda isə iki ədəd "Kia Rio" və "Toyota Prado" avtomobillərinə sahib ola bilərsiniz.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında