Daha bir qrup vətəndaşın müraciəti obyektiv şəkildə araşdırılmışdır

İyunun 14-də əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov nazirliyin 142 - qaynar xətti vasitəsilə müraciət edən vətəndaşlar, həmçinin nazirlikdə yaradılmış videokonfrans sistemi vasitəsilə müxtəlif bölgələrin sakinləri ilə görüşmüşdür. 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, görüşdə müraciətlər araşdırılarkən ayrı-ayrı vətəndaşların ünvanlı sosial yardımların təyinatı, əlillik dərəcələrinin verilməsi və s. məsələlərlə bağlı qanunvericilik barədə məlumatsız olduqları müəyyən edilmiş və onlara hüquqi izahatlar verilmişdir. Əsassız şikayət ərizələri ilə yanaşı, haqlı narazılıqların olduğu da məlum olmuşdur.
F.Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan halların ciddi şəkildə araşdırılması, vəzifəsində nöqsanlara yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi və s. barədə tapşırıqlar vermişdir.
Görüşdə yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olan ailələr də müəyyən edilmiş və onların gələcəkdə fəal sosial müdafiə tədbirlərinə, eləcə də cari ildə işə salınacaq sosial kreditləşmə proqramına cəlb edilmələri qərara alınmışdır.Görüşdə F.Ələkbərov 15 iyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən də danışmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında