AŞPA həmməruzəçisi Jozef Debono QREX: "Qubada bu utancverici hadisələri törədənlər həyatda olmasalar belə, qınanmalıdır"

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt Quba rayonuna səfər ediblər.
Onlar Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mübariz Ağayevlə görüşüblər. Quba RİH-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, icra hakimiyyətinin başçısı qonaqlara Quba rayonunun tarixi və sosial iqtisadi inkişafı haqqında ətraflı məlumat verib.
Qonaqlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının şahidi olan kütləvi məzarlığı ziyarət ediblər. Jozef Debono Qrex jurnalistlərə açıqlamasında baş verənlərin utancverici bir hadisə olduğunu bildirib: "Bu məzarlıq böyük bir fəlakətdir. Belə hadisənin baş verməsi utancverici bir hadisədir. Bu hadisəni törədən insanlar bu gün həyatda yaşamır. Amma onlar həyatda olmasalar da, qınanmalıdırlar".
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt Qubaya səfərləri çərçivəsində rayonda fəaliyyət göstərən bələdiyyələr və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də görüşüblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında