BMT nümayəndəsi Suriyada vətəndaş müharibəsi getdiyini elan edib

Suriyadakı BMT müşahidəçilər missiyasının başçısı Erve Ladsus bildirib ki, Suriyadakı hazırkı vəziyyəti vətəndaş müharibəsi adlandırmaq olar (Reuters). Jurnalistlərin suallarına cavab verərkən o bildirib ki, mən belə hesab edirəm ki, burada vətəndaş müharibəsi gedir.
Onun sözlərinə görə, Suriya hökuməti ölkədəki bir çox əraziləri nəzarətdən çıxarıb. Hətta bəzi şəhərlər də hökuməti tanımır. Missiya başçısı öz bəyanatını bununla əsaslandırıb ki, müxalifətlə döyüşlərdə ağır texnikadan istifadə edilir.
Ladsusun sözləri həm hökuməti, həm də nümayişçiləri əsəbiləşdirib. Rəsmi Dəməşq bu bəyanatı şərh edərək bildirib ki, "BMT nümayəndəsi "reallıqdan uzaqdır. Nümayişçilər isə bildiriblər ki, onların üsyanı "sülh xarakterlidir".
Son zamanlar Suriya ordusu nümayişçilərə qarşı döyüş aviasiyasından- hərbi vertolyotlardan istifadə edir. Əsas döyüşlər ölkənin qərbində- Lotakmyada və şimalda- Daraa şəhərindən cənubda gedir.
Bu ərəfədə "Amnesty International" hüquq müdafiə təşkilatı Suriyadakı hadisələrə görə hökuməti ittiham edib. Təşkilat bildirib ki, Suriya hökuməti insanlığa qarşı vəhşilik edir, dinc sakinləri qırdırır. "Amnesty International" təşkilatının nümayəndələri bu ilin yazında Suriyanın 23 şəhərində olublar və dinc sakinlərin necə həlak olduqlarının və evlərin yanmalarının şahidi olublar. Təşkilat Suriya hökumətinə müraciət edərək dinc sakinlərin qırılmasına son qoyulmasına çağırıb. "Amnesty International" BMT Təhlükəsizlik Şurasına da müraciət edərək bildirib ki, insanlığa qarşı görünməmiş zor işlətdiyinə görə Suriya hökuməti beynəlxalq cinayət məhkəməsinə verilməlidir. Rusiya və Çin isə Suriya hökumətinə kömək etməməlidirlər.
Bu ərəfədə isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ı Suriya müxalifətini silahla təchiz etməkdə ittiham edib (Reuters). İranın dövlət televiziyası ilə çıxışında S.Lavrov bəyan edib ki, Suriya müxalifətinin ABŞ-dan yardım kimi aldığı silah və hərbi texnika Bəşər Əsəd ordusuna qarşı yönəlir və nəticədə münaqişə daha da alovlanır. Bu isə Kofi Annan planına ziddir. Regionda sülh əvəzinə yeni-yeni münaqişə ocaqları yaranır. Rusiya isə beynəlxalq hüquq normalarına daim əməl edir.
Bir neçə gün əvvəl isə ABŞ dövlət katibi H. Klinton Rusiyanın Suriya hökumətinə hərbi vertolyot satdığını bəyan etmişdi. Lakin Pentaqon bildirmişdi ki, belə bir fakt onlarda yoxdur. Rusiya isə öz növbəsində bu faktı təkzib etmişdi.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında