Senator Natali Quli: Gördüklərimi Fransa ictimaiyyətinə olduğu kimi çatdıracağam

Fransa senatının Azərbaycanda səfərdə olan üzvü xanım Natali Quli jurnalistlərə demişdir ki, səfərimin məqsədi qaçqınların və məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmaqdır. Digər məqsədim burada gördüklərimi Minsk qrupunun fransalı həmsədrinin diqqətinə çatdırmaqdır. Bu gün məcburi köçkünlərin vəziyyətini öz gözümlə gördüm, onlar üçün yaradılmış şəraitin şahidi oldum.
Bu mənim ölkənizə ikinci səfərimdir. Ötən səfərimdə olduğu kimi, bu dəfə də görüşdüyüm məcburi köçkünlərin yeganə arzusu doğma yurda qayıtmaqdır. Fransa coğrafi baxımdan Azərbaycandan çox uzaqdır. Ona görə də biz buraya daha çox gəlməliyik ki, həqiqətləri Fransa ictimaiyyətinə çatdıraq. Yeri gəlmişkən, ölkənizin Fransadakı səfiri bu istiqamətdə əlindən gələni əsirgəmir.
O ki qaldı münaqişənin həllinə, bu bir günün, bir ilin işi deyildir. Burada, məcazi mənada desək, işlər qarışqa sürəti ilə gedir. Mən bir senator kimi, söz verirəm ki, məndən asılı olan hər şeyi edəcək, o cümlədən gördüklərimi Fransa ictimaiyyətinə olduğu kimi çatdıracaq, əlaqədar qurumlara müvafiq sorğu verəcəyəm.
Bir məsələyə də toxunmaq istərdim. Mənə elə gəlir ki, Minsk qrupunun tərkibində xanım üzv olmasının vaxtı çatmışdır. Bu, münaqişənin həllini tezləşdirərdi.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında