Binəqədidə Milli Qurtuluş Günü münasibətilə elmi-praktik konfrans

Binəqədi Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən 15 iyun - Milli Qurtuluş Günü münasibətilə "Qurtuluş mübarizəsinin qalibi" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. 
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarları ziyarət olunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov konfransda çıxış edərək Milli Qurtuluş Gününün müasir Azərbaycanın tarixindəki yeri, ulu öndərin xalqın təkidi ilə hakimiyyətə qayıdışından, ölkənin parçalanma, xalqın isə vətəndaş müharibəsi təhlükəsindən qurtarmasından söz açmışdır. O, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə yaranmış xaosun qarşısının alındığını və respublikamızın inkişaf yoluna qədəm qoyduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Başçı eyni zamanda, 1993-2003-cü illərdə-ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə olunan siyasi sabitlik və iqtisadi inkişafdan söz açmış, Heydər Əliyevin qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacağını, ulu öndərin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Tarix İnstitutunun direktoru, Milli Məclisin üzvü Yaqub Mahmudov konfransda Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən danışmışdır. O demişdir ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkə qarşısında çox ciddi və mühüm vəzifələr dururdu. Bir tərəfdən müstəqil dövlət qurulmalı, digər tərəfdən isə Ermənistanın Azərbaycana hərbi təcavüzünün qarşısı alınmalı, sosial-iqtisadi sahələrdə mühüm vəzifələr islahatlar yolu ilə həll edilməli idi. Lakin çox təəssüf ki, həmin dövrdə hakimiyyətdə olan qüvvələr bu vəzifələrin öhdəsindən gələ bilməmiş, nəticədə vəziyyət daha da pisləşmiş, ölkədə vətəndaş qarşıdurması yaranmışdı. Belə ağır vəziyyətdə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması Azərbaycanı təhlükələrdən qurtarmış, ölkəmiz bugünkü yüksək inkişaf səviyyəsinə çatmışdır.
Natiq vurğulamışdır ki, həmin dövrdə ulu öndər Heydər Əliyev kimi qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir olan lider hakimiyyətə gəlməsəydi, hadisələr olduqca təhlükəli və gərgin məcrada davam edə bilərdi...
Azərbaycan Respublikası Milli Məclisinin üzvü Eldar İbrahimov demişdir ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın böhrandan çıxış yollarını müəyyənləşdirmişdir. Ulu öndərin hazırladığı strategiya qısa müddət ərzində ölkəni xaos və anarxiyadan xilas etmişdir. E. İbrahimov milli liderin uzaqgörən siyasətinin bu gün də öz bəhrəsini verdiyini, Heydər Əliyevin cəsarəti və qətiyyəti ilə reallaşmış qlobal layihələrin xalqımızın rifahına xidmət etməklə yanaşı, bölgədə təhlükəsizliyin təminatçısına çevrildiyini xüsusi vurğulamışdır. Natiq həmçinin ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla və layiqincə davam etdirən Prezident İlham Əliyevin yeritdiyi siyasət, gördüyü işlər sayəsində Azərbaycanın bölgədə lider dövlətə çevrildiyini bildirmiş, ölkəmizin dünyadakı nüfuzunun getdikcə möhkəmləndiyini diqqətə çatdırmışdır.
Milli Məclisin deputatı Rafael Cəbrayılov bildirmişdir ki, ulu öndərimizin rəhbərliyinin birinci dövründə ölkəmiz SSRİ-nin geridə qalmış əyalətlərinin birindən nəhəng iqtisadi potensiala malik respublikaya çevrildi. Bu dövrdə elm, mədəniyyət və təhsildə böyük uğurlara nail olundu. Müstəqil Azərbaycanda qısa bir müddət ərzində sosial-iqtisadi sahədə qazanılan uğurlar ümummilli liderimizin hələ ötən əsrin 70-80 -ci illərində formalaşdırdığı sənaye və istehsal potensialından qaynaqlanır.
Sonra bir qrup gəncə YAP-ın üzvlük vəsiqəsi təqdim olunmuş, rayon ərazisində fəaliyyət göstərən tələbə-gənclər arasında 15 iyun-Milli Qurtuluş Günü münasibətilə "Tarixin şanlı səhifəsi" mövzusunda keçirilmiş olimpiadanın qalibləri mükafatlandırılmışdır.
Konfransın sonunda "Müstəqillik yollarında" filmi nümayiş olunmuşdur.
Axşam isə 8-ci mikrorayonda Corce Enesku adına parkda respublikanın xalq artisti, görkəmli muğam ustası Alim Qasımovun iştirakı ilə bayram konserti keçirilmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında