Binəqədi rayonunda yanğından zərər çəkən məcburi köçkünlər artıq yeni mənzillərlə təmin olunmuşlar

İyunun 13-də paytaxtın Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı hündürmərtəbəli binada güclü yanğın baş vermişdir. Yanğın zamanı 157 nəfər, o cümlədən 36 uşaq təxliyə olunmuşdur.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov hadisə yerində olmuşdur.
Əli Həsənov jurnalistlərə demişdir ki, yanğın baş vermiş binada olan məcburi köçkün ailələrinin hamısı yeni, hər cür şəraiti olan binalara köçürüləcəklər.
Məskunlaşdıqları mənzillər yararsız hala düşmüş məcburi köçkünlərin artıq günün ikinci yarısında yeni evlərlə təmin edilməsinə başlanılmışdır. Doxsan ailə Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən Binəqədi Gənclər Şəhərciyində inşa olunan yeni, tam təmirli mənzillərə köçürülmüşdür.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi bildirmişdir ki, mənzilləri yararsız hala düşmüş məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması məsələsi dövlətimizin başçısının tapşırığına əsasən qaldırılmışdır və Maliyyə Nazirliyi də hazır mənzillər almaqla onların köçürülməsinə şərait yaratmışdır.
Məcburi köçkünlər ailə tərkibinə görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilən orderlərə bir, iki, üç və dörd otaqlı, bütün lazımi kommunikasiya sistemləri ilə təchiz edilmiş yeni mənzillərdə məskunlaşdırılmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında