Yanğından zərər çəkmiş məcburi köçkünlərə Azərbaycan Prezidentinin tapşırığı ilə birdəfəlik maddi yardım paylanmışdır

İyunun 13-də paytaxtın Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı hündürmərtəbəli binada güclü yanğın baş vermişdir. Dövlətimizin başçısının tapşırığına əsasən, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq yanğından zərər çəkmiş məcburi köçkünlərə birdəfəlik maddi yardım ayrılmışdır. 
İyunun 14-də yanğından zərər çəkən məcburi köçkün ailələrinin məskunlaşdığı Abşeron rayonunun Mehdiabad qəsəbəsində birdəfəlik maddi yardımlar paylanmışdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov bildirmişdir ki, qərara uyğun olaraq yanğından qismən zərər çəkən 105 nəfərin hər birinə 300 manat, mənzillərdə ev əşyaları tam yanmış 100 məcburi köçkünə isə adambaşına 350 manat məbləğində birdəfəlik maddi yardım göstərilmişdir. Ümumilikdə 56 məcburi köçkün ailəsinə maddi yardım verilmişdir.
Qeyd olunmuşdur ki, dövlətimizin başçısının göstərişlərinə uyğun olaraq yanğından zərər çəkən məcburi köçkün ailələri yaradılmış komissiyanın nəzarəti altında onlar üçün ayrılmış yeni mənzillərə köçürülmüşlər. Fövqəladə Hallar Nazirliyi tərəfindən köçürülmüş ailələr isti yemək, çarpayı və digər məişət avadanlığı ilə təmin olunmuşlar.
Məcburi köçkünlər onların problemlərinin dərhal aradan qaldırılmasına, yeni mənzillərlə təmin olunmalarına, dövlətimizin göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında