Ulu öndərin uzaqgörən xarici siyasəti Azərbaycanı Avropa ailəsinə qovuşdurub

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ulu öndərin siyasi bioqrafiyasında və Azərbaycanın müstəqillik tarixində əlamətdar hadisə olan Milli Qurtuluş Günü ərəfəsində onun xarici siyasət kursuna işıq salan daha bir nəşri - "Azərbaycan Respublikası - Belçika krallığı: 1992-2012" toplusunu Azərbaycan, fransız və ingilis dillərində ictimaiyyətə təqdim etdi.
Bu münasibətlə "Hilton" otelinin konfrans salonunda keçirilən mərasimdə Milli Məclisin üzvü, Azərbaycan - Belçika parlamentlərarası dostluq qrupunun və Azərbaycan Respublikasının Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov müstəqil dövlətimizin memarı Heydər Əliyevin uzaqgörən xarici siyasətinin ardıcıl həyata keçirilməsinin uğurları, qarşıdakı hədəflərlə bağlı geniş məlumat verdi. Millət vəkili bildirdi ki, məhz bu siyasət nəticəsində ötən 20 ildə Azərbaycan Avropa ailəsinə fəal inteqrasiya olunmuş, qitənin ən nüfuzlu qurumlarının üzvü kimi haqq səsini xarici aləmə çatdırmaq imkanlarını genişləndirmişdir.
Bu konteksdə Avropanın mərkəzi əlaqələndirici ölkəsi sayılan Belçika ilə faydalı diplomatik əlaqənin bu günlərdə tamam olan 20 illik hesabatına ulu öndər Heydər Əliyevin adı qızıl hərflərlə yazılmışdır. Bu gün təqdim olunan topluya Azərbaycanın dövlət başçıları Heydər Əliyevin və İlham Əliyevin Belçika ilə diplomatik əlaqələrin yaradılması və möhkəmləndirilməsi ilə bağlı görüşlərdə çıxışları, səfər xronikaları, digər informativ-sorğu materialları daxil edilmişdir. Natiq Azərbaycan - Belçika münasibətlərinin çağdaş durumu və perspektivlərindən də söz açdı.
Belçikanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Piter Booms, bu ölkədən gəlmiş dipomat Alan Desteks iki dövlət arasında qurulmuş əlaqələrin ötən 20 ildə yüksələn xətlə inkişaf etdiyini açıqladılar. Onlar Azərbaycanın ən bəlalı problemi olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Belçikanın mövqeyinin dəyişməz olduğunu - Dağlıq Qarabağın Azərbaycan torpağı kimi qəbul edildiyini vurğuladılar.
Milli Məclisin deputatı Zahid Oruc, Xarici İşlər Nazirliyi informasiya idarəsinin rəisi Cavanşir Məmmədov ümummilli lider Heydər Əliyevin düzgün xarici siyasəti nəticəsində Azərbaycanın ötən 20 ildəki diplomatik uğurlarından danışdılar, Azərbaycan - Belçika əməkdaşlığını yüksək dəyərləndirdilər.
Mətbuat konfransında jurnalistlərin sualları cavablandırıldı.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında