Milli Qurtuluş günü qeyd edildi

Qax
Xalqımızın həyatında ən əlamətdar, ən önəmli gün olan, dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunmuş 15 İyun - Milli Qurtuluş günü ərəfəsində respublikamızın hər yerində olduğu kimi, Qaxda da silsilə tədbirlər keçirilmiş, bayram şənlikləri təşkil olunmuşdur. İyunun 14-də bayram münasibətilə keçirilən ümumrayon tədbirinə toplaşanlar, başda RİH başçısı Musa Şəkiliyev olmaqla idarə, müəssisə kollektivlərinin üzvləri, YAP rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar və rayon ictimaiyyətinin digər nümayəndələri müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndərimiz Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək, sonsuz hörmət və ehtiramlarını bildirmiş, onun əziz xatirəsini yad etmişlər.
RİH-də bayram münasibətilə keçirilən tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev 1990-cı illərin əvvəllərində ölkəmizdə yaranmış olduqca ağır, gərgin və mürəkkəb şəraitdə yenicə əldə olunmuş müstəqilliyimizin qorunub saxlanmasında, möhkəmləndirilməsində xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır. Başçı qeyd etmişdir ki, ölkədə hərc-mərcliyin, özbaşınalığın baş alıb getdiyi, respublika iqtisadiyyatının tamamilə tənəzzülə uğradığı, Azərbaycanın ölüm-qalım taleyi həll olunduğu ağır, çətin günlərdə ulu öndərin yenidən hakimiyyətə qayıdışı dövlətimizin tarixində həqiqətən də qurtuluş dövrü olmuşdur. Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi ilə Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu. Dövlət quruculuğuna start verildi. Bugünkü müasir, lider dövlət olan Azərbaycanın təməli qoyuldu. Qısa müddət ərzində qanunsuz silahlı dəstələr ləğv edildi, ictimai-siyasi sabitlik yaradıldı, iqtisadiyyat inkişaf etdi. Ordu quruculuğuna başlandı, cəbhədə atəşkəs əldə edildi. Əsrin müqaviləsi olan neft kontraktları bağlandı. Azərbaycan Respublikasının Konstitusiyası ( Əsas Qanun ) yaradıldı. Beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndi. Ulu öndərin misilsiz xidmətləri, gərgin əməyi, qətiyyəti nəticəsində ölkəmiz inkişaf və tərəqqi yoluna qədəm qoydu.
Hazırda Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolu ilə inamla addımlayan ölkəmiz regionda lider dövlətə çevrilmişdir. Bu gün Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının on qeyri-daimi nümayəndəsindən biridir. Bu il "Eurovison" mahnı müsabiqəsinə ev sahibliyi etdi. Ölkə Prezidenti İlham Əliyev tərəfindən Heydər Əliyev strategiyasının uğurla həyata keçirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə və o cümlədən rayonumuzda gedən böyük quruculuq işlərindən də danışan Musa Şəkiliyev Milli Qurtuluş günü münasibətilə keçirilən tədbiri açıq elan edərək, iştirakçıları bayram münasibətilə təbrik etdi.
Azərbaycan Respublikasının himni səsləndirildi.
Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məruzə ilə çıxış edən RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Yunus Əfəndiyev ulu öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən, hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən genişmiqyaslı quruculuq işlərindən danışdı. Əlamətdar gün - Milli Qurtuluş günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
Tədbirdə çıxış edən Qax bələdiyyəsinin sədri Eyvaz Orucov, rayon prokurorunun köməkçisi Orxan İsmayılov, şəhər 5 saylı tam orta məktəbin müəllimi Afaq Abdullayeva və DSMF rayon şöbəsinin müdiri Vüqar Əhmədzadə Milli Qurtuluş günü və ulu öndərin misilsiz xidmətləri barədə təəssüratlarını söylədilər. Qeyd etdilər ki, müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyevin ölməz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Tədbirdə yekun sözü söyləyən Musa Şəkiliyev qeyd etdi ki, Heydər Əliyev irsinin öyrənilərək gənc nəslə çatdırılması, onun azərbaycançılıq ideologiyasının təntənəsi müasir Azərbaycanın daha da çiçəklənməsi, rayonumuzun sosial-iqtisadi inkişafının sürətlənməsi üçün hər birimiz ölkə Prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşməliyik.
Zaqatala
Dünən Zaqatala rayonunda 15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Öncə tədbir iştirakçıları Heydər parkına gələrək ulu öndərin abidə kompleksini ziyarət etmiş, tər çiçək dəstələri düzmüş, dahi rəhbərə sonsuz sevgi və ehtiramlarını bildirmişlər.
Sonra Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş "Böyük Qayıdışdan Milli Qurtuluşa" adlı elmi-praktik konfrans keçirilmişdir. Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin geniş məruzəsi dinlənilmişdir. Məruzəçi 1993-cü ilin iyun hadisələri zamanı hərc-mərcliyi, yaranmış ağır vəziyyəti xatırladaraq, yalnız ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində sabitliyin bərqərar olunmasından söz açmışdır. Natiq dünya şöhrətli siyasi xadimin Vətən və xalq qarşısındakı xidmətlərindən, zəngin dövlət idarəçiliyi təcrübəsindən danışmış, ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında, Azərbaycanın parçalanma təhlükəsindən xilas edilməsində, siyasi sabitliyin bərqərar olunmasında iqtisadiyyatımızın, elm və təhsilimizin inkişafında, respublikamızın dünya birliyinə inteqrasiyasında müstəsna rolunu nəzərə çatdırmış, həmçinin ulu öndərin respublikamızın bu günü və gələcəyi naminə müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulamışdır. Natiq ümummilli liderin siyasi kursunun bu gün də dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirildiyini və xalqımızı parlaq, firavan gələcək gözlədiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.
Konfransda çıxış edən digər natiqlər ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərliyə gəldikdən sonra qısa müddətdə milli dövlətçilik ideyalarını sürətlə həyata keçirdiyini, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə sinə gərərək mübarizlik, dəmir iradə, güclü məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi keyfiyyətlərdən məharətlə bəhrələnərək xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olduğunu qeyd etmişlər.
Konfrans ulu öndərə həsr olunmuş filmin nümayişi ilə yekunlaşdı.
Konfransdan sonra tədbir iştirakçıları yeni inşa edilmiş Rayon Baytarlıq İdarəsinin aşılışında iştirak etdilər. İdarənin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra rayon rəhbəri, Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova və tədbir iştirakçıları burada yaradılmış şəraitlə yaxından tanış olmuş və idarənin kollektivinə işlərində müvəffəqiyyətlər arzulamışlar.
Axşam rayonun Heydər parkında incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti təşkil edilmişdir.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında