Neft Fondunda KİV nümayəndələri üçün seminar keçiriləcəkdir

Cari il iyul ayının 4-də Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün seminar keçirəcəkdir.
Fondun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, seminarın keçirilməsində məqsəd fəaliyyətində daim şəffaflıq məsələlərinə xüsusi önəm verən və şəffaflıq sahəsində əldə etdiyi nailiyyətlərə görə dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən yüksək qiymətləndirilən ARDNF haqqında KİV nümayəndələrinin daha geniş informasiyaya malik olmalarını təmin etmək, Fond barədə daha peşəkar məlumatların yayılmasına və ictimaiyyətin dəqiq məlumatlandırılmasında KİV nümayəndələri ilə birgə əməkdaşlığa nail olmaqdır.
Seminarda iştirak edəcək KİV nümayəndələri Neft Fondu, o cümlədən suveren fondlar və maliyyə bazarlarına dair ətraflı məlumat əldə edə biləcəklər.
Seminarda iştirak etmək istəyən KİV nümayəndələri iyulun 2-nə qədər çalışdıqları mətbuat orqanı tərəfindən verilmiş vəsiqənin surətini və seminarda iştirak etmək istəyini bildirən müraciəti ARDNF ictimaiyyətlə əlaqələr şöbəsinə təqdim etməklə və ya [email protected] poçt ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.
Seminara dair ətraflı məlumatı Fondun internet səhifəsindəki "Mətbuat guşəsi" bölümündə yerləşdirilən "seminar" altbölməsinə daxil olmaqla və ya telefonla 498 77 53 nömrəsinə zəng vurmaqla əldə etmək mümkündür.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında