Milli Qurtuluş Günü ədliyyə orqanlarında geniş qeyd olunmuşdur

15 İyun Milli Qurtuluş Günü münasibətilə Ədliyyə Nazirliyinin rəhbər işçiləri iyunun 14-də Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək ulu öndərin xatirəsini ehtiramla anmış, abidəsi önünə əklil qoymuşlar.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sonra ümummilli liderimizin nazirliyin binasındakı büstü önünə gül dəstələri düzülmüş, əziz xatirəsi yad edilmişdir, Heydər Əliyev Muzeyində dahi öndərin zəngin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanışlıqdan sonra nazirliyin kinozalında film nümayiş etdirilmişdir.
Milli Qurtuluş Günü nazirliyin bütün struktur qurumlarında da geniş qeyd olunmuş, əbədiyaşar lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışılmış, ulu öndərin siyasi kursunu, yüksək amallarını layiqincə yaşadan və davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrdə qazandığı nailiyyətlərdən bəhs edilmişdir.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına daim sadiq qalan ədliyyə işçiləri dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin hərtərəfli inkişafı naminə bundan sonra da dövlətimizin başçısının layiqli yardımçısı olmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında