Nəsimi rayonunda Milli Qurtuluş Günü qeyd edildi

Nəsimi rayonunda Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib. Əvvəlcə mərasim iştirakçıları rayon icra hakimiyyətinin inzibati binasında ulu öndərimiz Heydər Əliyevin büstü önünə gül dəstələri düzdülər.
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq dedi ki, 1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ölkəmizi parçalanaraq məhv olmaq, Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək öz tarixi missiyasını yerinə yetirdi və müstəqil Azərbaycan dövlətinin memarına çevrildi. Ulu öndərimiz fəaliyyətində, bütün məsələlərdə daim ümumxalq mənafeyindən çıxış etmiş və hakimiyyətdə olduğu hər iki dövrdə bu amal uğrunda bütün gücünü səfərbər edərək əlindən gələni əsirgəməmişdir.
Xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun böyük əhəmiyyətə malik bir gündür. Həmin gün Azərbaycan xalqının ölüm-dirim mübarizəsindən qalib çıxmaq, fiziki cəhətdən məhv olmaqdan qurtulmaq günüdür. Bu qurtuluşu və nicatı isə bütün çətinlik və maneələrə baxmayaraq, xalqına bəxş edən insan ulu öndərimiz, dahi azərbaycanlı Heydər Əliyevdir. Ulu öndərimizin şərəfli həyat yolunu onun öz sözləri necə də düzgün və gözəl ifadə edir: "Mənim həyat amalım, bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub".
Ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu sahəsində böyük işlər görülmüş, genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Bu günkü qüdrətli, bütün sahələrdə böyük inkişaf yolu ilə irəliləyən Azərbaycana görə hamımız ulu öndərimizə minnətdarıq. Ümummilli liderimizin Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra ümummilli liderimizin həyat yolundan bəhs edən sənədli filmə baxış keçirilidi.
Tədbirdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri Məlahət İbrahimqızı, Milli Məclisin deputatı Ziyad Səmədzadə, Milli Məclisin deputatı, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev, Nəsimi Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov, "Azintur" ASC-nin sədri Aydın Heydərov çıxış etdilər. Onlar müdrik dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin şərəfli ömrünün ayrı-ayrı məqamlarından danışdılar. Vurğulandı ki, Azərbaycanda dövlət müstəqilliyi haqqında Konstitusiya aktı 1991-ci ilin oktyabrında qəbul edilsə də, ölkəmiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra həqiqi müstəqillik əldə etdi və bu yolla uğurla irəliləməyə başladı.Ümummilli liderimiz nəinki müstəqilliyimizi qoruyub saxladı, həm də onu əbədi və dönməz etdi.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev tədbirdə yekun çıxışı etdi.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında