Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin yeni binası istifadəyə verilmişdir

Xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığına səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyinin yeni binasının təntənəli açılış mərasimində iştirak etmişdir. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan Respublikasının mülkiyyəti olan və üç binadan ibarət səfirlik kompleksi Haaqa şəhərində yerləşir. Əsas binada konfransların, seminarların və bir çox tədbirlərin keçirilməsi üçün zallar, diplomatik heyətin iş otaqları və səfirin iqamətgahı yerləşir.
Mərasimi Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fuad İsgəndərov açaraq səfirliyin fəaliyyəti barədə məlumat vermişdir.
Ölkəsinin Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini vurğulayan Niderlandın Xarici İşlər Nazirliyinin baş katibi Ed Kronenburq Azərbaycan xalqına Respublika Günü münasibətilə təbriklərini çatdırmışdır. Baş katib iki dövlət arasında 20 illik tarixi olan əlaqələrin daha da möhkəmlənməsini arzulamışdır.
Sonra çıxış edən E.Məmmədyarov Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır. Nazir bu il Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinin də qeyd edildiyini diqqətə çatdırmışdır.
Mərasimdə Niderland hökumətinin və Kraliça Sarayının rəsmiləri, Azərbaycan diasporunun fəalları, deputatlar, Niderland Krallığında akkreditə olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, Haaqada yerləşən beynəlxalq məhkəmələrin sədrləri və hakimləri, ali təhsil ocaqlarının, biznes qurumlarının və qeyri-hökumət təşkilatlarının rəhbərləri, jurnalistlər iştirak etmişlər.
Tədbirdə Azərbaycanın musiqi inciləri səsləndirilmiş və milli mətbəximizin ləziz nümunələri təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında