Ümumdünya Qaçqınlar Günü ilə bağlı hazırlanmış videoçarxda Hollivud ulduzu Ancelina Coli beynəlxalq ictimaiyyətin diqqətini qaçqınların və məcburi köçkünlərin problemlərinə yönəldir

İyirmi iyun - Ümumdünya Qaçqınlar günü ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi elçisi, "Oskar" mükafatı laureatı, Hollivud ulduzu xanım Ancelina Colinin müraciətini əks etdirən videoçarx hazırlanmışdır.  
Dünyada hər dəqiqə səkkiz nəfərin müharibə və ya təqib səbəbindən yurdunu tərk etməyə məcbur olduğu bildirilən 46 saniyəlik videoçarxın hazırlanmasında məqsəd beynəlxalq ictimaiyyətin diqqətini qaçqınların və məcburi köçkünlərin problemlərinə cəlb etməkdir.
Dağıdıcı müharibələr, qaçqınların və məcburi köçkünlərin yaşadıqları ağır mənzil-məişət şəraiti və onların üzləşdikləri sosial problemlərlə bağlı görüntülərin fonunda edilən müraciətdə deyilir: "Heç kim öz istəyi ilə qaçqın olmur. Bu gün dünyada 43 milyon insan didərgindir. Onları unutmayın!".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında