Bişkek şəhər sovetində paytaxtda ulu öndər Heydər Əliyev adına parkın salınması ilə əlaqədar məsələlər müzakirə edilmişdir

Bişkek meriyasının və bir qrup deputatın xahişi ilə şəhər sovetinin 33-cü sessiyasında paytaxtda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına parkın salınması ilə əlaqədar məsələlər müzakirə olunmuşdur.  
Deputatlar qeyd etmişlər ki, Bişkekdə görkəmli siyasi xadim Heydər Əliyev adına parkın salınması Qırğızıstan ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaqdır.
Sessiyada vurğulanmışdır ki, Qırğızıstan Prezidenti Almazbek Atambayevin bu ilin martında Azərbaycana rəsmi səfəri, Prezident İlham Əliyev ilə görüşü, Azərbaycanın Qırğızıstan iqtisadiyyatına sərmayələrin yatırması sahəsində aparılan danışıqlar və bu istiqamətdə imzalanmış sənədlər dostluğumuzun əbədi olmasına zəmanətdir və biz bu addımları alqışlayırıq.
Bildirilmişdir ki, Bişkekdə Heydər Əliyev adına parkın salınması xahişi ilə paytaxtdakı Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu müraciət etmişdir. Bu park şəhərin dağlıq hissəsində, Baytik Baatır ilə Aalı Tokombayev küçələrinin kəsişdiyi yerdə salınacaqdır. Artıq bu məqsəd üçün torpaq sahəsi də ayrılmışdır. Parkda ulu öndər Heydər Əliyevin abidəsi də ucaldılacaqdır.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Bişkek


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında