Bişkekdə TÜRKPA-nın III Plenar Sessiyası keçiriləcək

İyunun 14-15-də Qırğızıstanın Bişkek şəhərində keçiriləcək TÜRKPA-nın III Plenar Sessiyasına hazırlıq məqsədi ilə qurumun baş katibi Ramil Həsənovun rəhbərliyi altında nümayəndə heyəti Qırğızıstana yola düşmüşdür.
Sessiyanın işində TÜRKPA-ya üzv ölkələrdən Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament sədrlərinin başçılığı altında nümayəndə heyətlərinin, həmçinin Türk Konseyi, TÜRKSOY, İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur. Əvvəlcə Assambleya Şurasının III iclasında TÜRKPA-nın III Plenar Sessiyasının gündəliyi qəbul ediləcək, dörd daimi komissiyanın katibi vəzifəsinə seçkilər keçiriləcək, katibliyin 2011-ci il üçün maliyyə və fəaliyyət hesabatları təsdiq ediləcək, həmçinin IV Plenar Sessiyasının keçirilmə tarixi və yeri müəyyənləşdiriləcək. TÜRKPA-nın III Plenar Sessiyasında üzv ölkələrinin sədrlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək, TÜRKPA-nın son bir illik fəaliyyətinə həsr olunmuş slayd şounun təqdimatı olacaq. Bundan başqa beynəlxalq əlaqələr, iqtisadiyyat, ticarət və maliyyə məsələləri, sosial, mədəniyyət və humanitar məsələləri, hüquq məsələlər komissiyalarının hesabat və tövsiyə qərarlarının, həmçinin TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının Türkiyə, Qırğızıstan və Qazaxıstanda keçirilmiş prezident və parlament seçkilərinə dair rəylərinin dinlənilməsi və təsdiqi də planlaşdırılır. Bundan əlavə yuxarıda qeyd edilmiş komissiyaların sədr müavini vəzifəsinə namizədlərin seçkisi də planlaşdırılır. Plenar Sessiyada, həmçinin katibliyin 2013-cü il üçün büdcə layihəsinin təsdiqi də gözlənilir.
Sonda TÜRKPA-nın III Plenar Sessiyasının yekun sənədi olan -Bişkek Bəyannaməsinin qəbulu nəzərdə tutulmuşdur. Plenar Sessiyadan sonra üzv ölkələrin parlament sədrləri və TÜRKPA baş katibinin iştirakı ilə sessiyanın yekununa dair mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında