Bakıda mərkəzi metro stansiyalarının əlavə çıxışı tikiləcək

Bakı Metropoliteninin hazırda bir çıxışı olan stansiyalarının hamısında əlavə, ikinci çıxış tikiləcək.
Bu barədə "APA-ECONOMICS"ə Bakı Metropoliteninin rəis müavini Arif Rəsulov açıqlama vermişdir. Onun sözlərinə görə, bura "Xətai", "Nizami", "İçərişəhər" və "Sahil" metro stansiyaları aiddir.
Qeyd edək ki, hazırda "Elmlər Akademiyası" metro stansiyasında ikinci çıxış tikilir və bu işlər 2015-ci ilədək davam edəcək.
Rəis müavini bildirmişdir ki, ikinci çıxışın tikintisində əsas məqsəd sərnişinlərin rahatlığı ilə yanaşı, onların təhlükəsizliyinin təmin edilməsidir: "Bütün stansiyalarda ən azı iki çıxış olmalıdır. Məsələn, "Elmlər Akademiyası" stansiyasından hər gün 65 min sərnişin daşınır və orada yanğın baş verərsə, bir çıxışla böyük fəlakət ola bilər".
Bununla əlaqədar olaraq metronun bir çıxışı olan bütün stansiyalarında əlavə çıxış tikiləcək. "Nizami" stansiyasının əlavə çıxışı Füzuli meydanında, "Sahil"in çıxışı isə Nəsimi heykəlinin yaxınlığında inşa olunacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında