Son illər Azərbaycanın güclü iqtisadi inkişafı ölkəyə əcnəbi axınının artmasına səbəb olmuşdur

Azərbaycanda səfərdə olan "Cənubi Qafqaz ölkələrində inteqrasiya edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" layihəsinin Almaniya, Fransa, Latviya, Sloveniyadan olan, həmçinin Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) ekspertlərindən ibarət nümayəndə heyəti iyunun 13-də Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevlə görüşmüşdür. 
Görüşdə Firudin Nəbiyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə məlumat vermiş, hazırda miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirildiyini diqqətə çatdırmışdır.
MSİBM-in sərhəd idarəçiliyi üzrə proqram rəhbəri Borut Erzen bildirmişdir ki, proqramın əsas məqsədi sərhədlərin idarə olunması sahəsində qurumlararası əməkdaşlığı inkişaf etdirmək, qonşu sərhəd ölkələri, habelə Avropa İttifaqı ölkələri və müvafiq beynəlxalq təşkilatlarla ikitərəfli və regional əməkdaşlıq səviyyəsini artırmaq, Azərbaycanın Gürcüstan ilə pilot layihələrini həyata keçirmək, sərhəd təhlükəsizliyini təmin etmək, milli qanunvericiliyi təkmilləşdirmək, sərhədlərin təhlükəsizliyini qorumaqla insan və məhsulların (əmtəələrin) sərhədlərdən keçidini asanlaşdırmaqdır.
Xidmət rəisi F.Nəbiyev dövlətin təhlükəsizliyinin sərhədlərdən başlandığını, son illər Azərbaycanda güclü iqtisadi inkişaf nəticəsində ölkəyə əcnəbi axınının artmasının müşahidə olunduğunu bildirmişdir. Bu səbəbdən də sərhəd idarəçiliyi sisteminin təkmilləşdirilməsi, operativ sərhəd idarəçiliyinin yaradılmasının vacibliyini vurğulayan F.Nəbiyev xidmət əməkdaşlarının bu layihə çərçivəsində keçirilən təlimlərdə yaxından iştirak etməklə beynəlxalq təcrübəyə yiyələnmələrini müsbət dəyərləndirmişdir.
Borut Erzen layihənin gerçəkləşdirildiyi son 3 il ərzində Azərbaycanda müsbət dəyişikliklərin olduğunu, sərhəd-keçid məntəqələrində operativliyin təmin edildiyini qeyd etmişdir.
Sonda ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunmuş, ekspertləri maraqlandıran suallar cavablandırılmışdır.
Görüşdə "Cənubi Qafqaz ölkələrində inteqrasiya edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək" layihəsinin Azərbaycan üzrə əlaqələndiricisi Məzahir Əfəndiyev də iştirak etmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında