"Sərhəd" hərbi-idman oyunlarına yekun vurulmuşdur

İyunun 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində DSX-nin, Gənclər və İdman Nazirliyinin nümayəndələrinin iştirakı ilə "Sərhəd" hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. 
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Mərasimdə DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək "Sərhəd" hərbi-idman oyunlarının gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsindəki mühüm rolundan danışmış, qalibləri təbrik etmişlər.
Bildirilmişdir ki, Dövlət Sərhəd Xidməti sərhədlərimizin toxunulmazlığını təmin etməklə yanaşı, gənclərin Vətənə, tariximizə, mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması və onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm tədbirlər görür. Həmin tədbirlər sırasında "Sərhəd" hərbi-idman oyunları xüsusi yer tutur. Artıq ənənə şəklini almış bu oyunlar Dövlət Sərhəd Xidmətinin, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə qərarı əsasında keçirilir və gənc nəslin Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə olunmasında, sağlam gənclər yetişdirilməsində, əhalinin bu təbəqəsində sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynayır.
Məlumat verilmişdir ki, üç mərhələdə keçirilən hərbi idman oyunlarında bu il 28 sərhədyanı rayonun 202 məktəbinin 1000-dən çox şagirdi iştirak etmişdir. İlk iki mərhələdə yarışların qalibi olmuş 8 komanda - Naxçıvan şəhərindəki 2 nömrəli məktəbin, Füzuli rayonunun Horadiz şəhər 1 nömrəli tam orta məktəbinin, Cəlilabad rayonunun Ləkin, Lerik rayonunun Hamarmeşə, Qusar rayonunun Şirvanovka, Şəki rayonunun Şin, Qax rayonunun Cəlayir, Ağstafa rayonunun Böyük Kəsik kənd orta məktəblərinin komandaları final mərhələsinə vəsiqə qazanmışlar.
"Sərhəd" hərbi-idman oyununun final mərhələsi iyunun 4-dən 12-dək DSX-nin Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində keçirilmişdir.
İyunun 6-da final mərhələsinə start verilmişdir. Final turunda komandalar "Sıra hazırlığı", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili", "Avtomatın sökülməsi və yığılması", "Sərhəd pozucusunun yaxalanması və onun təxliyəsi", "Tüfəngdən hədəfə atəş açmaq", "Maskalanma", "Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi" və "Ləpirçilik" mərhələlərində öz bacarıqlarını nümayiş etdirmişlər.
Oyun zamanı toplanan balların miqdarına görə Horadiz şəhər 1 nömrəli tam orta məktəbinin "Ərgünəş" komandası birinci, Ağstafa rayonunun Böyük Kəsik kənd orta məktəbinin "Sərhədçi" komandası ikinci, Cəlilabad rayonunun Ləkin kənd orta məktəbinin "Ləkin" komandası isə üçüncü yerləri tutmuşlar.
Tədbirin sonunda yarışların final mərhələsinin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Doqquz gün ərzində iştirakçılar asudə vaxtlarında DSX-nin Sahil Mühafizəsinə, Dövlət Bayrağı Meydanına, Mərdəkan qəsəbəsindəki Dendrari parkına, Murtuza Muxtarovun bağ evinə ekskursiyalara aparılmış, çoxsaylı mədəni-kütləvi tədbirlərə, bilik və idman yarışlarına qatılmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında