"Azərbaycanın artıq üzü gülür"

Ümumdünya səhiyyə hərəkatının fəal təşkilatçılarından biri, psixatriya sahəsində görkəmli mütəxəssis, Cenevrə Universiteti tibb fakültəsinin professoru Norman Sartorius azərbaycanlı həmkarları qarşısında mühazirə oxumaq üçün Bakıya gəlmişdir. İkigünlük elmi konfransda "damğalanma sindromu" mövzusu və psixatriya xidmətinin səmərəli təşkili məsələləri diqqət mərkəzində olacaq.
Azərbaycan Psixatriya Assosiasiyasının prezidenti, professor Nadir İsmayılov dünyanın ən tanınmış psixatrının Azərbaycana gəlişini belə dəyərləndirdi:
- Cənab Norman Sartorius hazırda dünya psixatrlarının lideri sayılır. O, psixatriyanın ən aktual problemləri barədə dəyərli tədqiqatların müəllifi, bir çox alimlərin rəhbəri, müxtəlif elmi məclislərin təşkilatçısı kimi tanınır. Əcnəbi həmkarımız 17 il Ümumdünya Səhiyyə Təşkilatının psixatriya bölməsinə, 8 il Ümumdünya, 4 il isə Avropa Psixatriya assosiasiyalarına rəhbərlik etmişdir. Onu Azərbaycana gətirmək üçün respublika Səhiyyə Nazirliyi ilə birlikdə 3 ildir ki, çalışırdıq. Belə bir nəhəng tibb mütəxəssisinin Azərbaycana gəlişi bizim üçün hadisədir.
Son illər dünya psixatriyasında "damğalanma sindromu" deyilən bir anşlayış diqqət mərkəzindədir. Daim əsəbi, tutqun görünən insanlar var ki, onlar öz davranışları ilə ətrafdakıları da qorxudur, narahat edirlər. "Siqmatizasiya" adlanan belə psixi təzahürlər professor N.Sartoriusun tədqiqat hədəflərindəndir. O bu mövzu ilə ölkəmizin psixatr və nevropatoloqları qarşısında geniş mühazirə ilə çıxış edəcək, bizdəki vəziyyətlə tanış olacaq, sualları cavabdlandıracaq. İkinci mövzu olan psixatriya xidmətinin təşkili məsələləri barəsində isə ətraflı müzakirələr aparılacaq, təcrübəli qonağımızın tövsiyələri dinləniləcək.
Professor Norman Sartorius isə bildirdi:
- Azərbaycanlı həmkarlarımızın dəvətini, nəhayət, cavablandırıb Bakıya gəlməyimə görə, çox şadam. Professor Nadir İsmayılovu uzun illərdir ki, tanıyıram. Onun timsalında ölkənizin səhiyyə sistemi barədə müəyyən qədər məlumatım var. İndi isə daha geniş bilgi əldə etmək imkanı qazanmışam.
Təyyarədən yerə enəndən Tibb Universitetinin bu 14 mərtəbəli yeni terapiya korpusuna gələnədək gördüklərim ölkənizin tərəqqi yolunda olduğunu, uğurlarınızı göstərir. Azərbaycanı ayaq üstdə, yeniliyə doğru hərəkətdə görməyimə şadam.
Məni bu gün dünyada insanların stresə düşməsi, özünə qapılması, tutqun çöhrəsi ilə başqalarına pis təsir göstərməsi problemi dərindən narahat edir. Bu prosesi böhranlar, ağır həyat tərzi bir az da artırır. Bildiyimə görə, Azərbaycanda da yaxın keçmişdə belə bir hal yaşanıb. Amma indi vəziyyət dəyişib. Mən adamları şən, üzügülər görürəm. Arzu edirəm ki, problemləriniz tezliklə həll olsun. Bütövlükdə, Azərbaycanın üzü gülsün, heç kəs xəstələnməsin.
Səfərin təşkilatçılarına və məni dinləməyə toplaşan çoxsaylı həmkarlarıma təşəkkür edirəm.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında