Naxçıvanda jurnalist kadrlarının hazırlanmasına hərtərəfli qayğı göstərilir

Naxçıvan Dövlət Universitetində (NDU) "Azərbaycan" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı, əməkdar jurnalist Bəxtiyar Sadıqovla görüş keçirilmişdir. 
Görüşdən əvvəl B.Sadıqov universitetin jurnalistika və dünya ədəbiyyatı kafedrası və media mərkəzi ilə yaxından tanış olmuşdur.
Bildirilmişdir ki, 2002-ci ildən fəaliyyətə başlayan kafedrada ali təhsilli jurnalistlər hazırlanır. Muxtar respublika rəhbərliyi onların işlə təmin olunmasını həmişə diqqət mərkəzində saxlayır. Media mərkəzinin nəzdindəki "Qeyrət" nəşriyyatı və müasir avadanlıqla təchiz edilmiş mətbəə, universitetin KİV-lərlə əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan mətbuat şöbəsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2006-cı il 11 oktyabr tarixli sərəncamı ilə fəaliyyətə başlayan, texnologiya əsrinin müasir tələblərinə uyğun qurulmuş, 3 kilometr radiusda yayımlanan maarifçi televiziya, "Nuhçıxan" radiosu jurnalistika ixtisasında təhsil alan tələbələr üçün fundamental təcrübə bazası rolunu oynayır.
B.Sadıqov universitet televiziyasının studiyasında və montaj otaqlarında, "Nuhçıxan" radiosunda, "Qeyrət" nəşriyyatında, mətbuat şöbəsində iş prosesi ilə tanış olmuş, verilişləri izləmişdir.
Jurnalistika ixtisasının müəllim və tələbələri ilə görüşü universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq milli jurnalistikanın müasir inkişaf səviyyəsindən danışmışdır. O bildirmişdir ki, "Azərbaycan" qəzeti dövlətçilik ideyalarını, milli-mənəvi dəyərləri təbliğ edən, analitik yazıları, yüksək poliqrafiyası və tərtibatı ilə seçilən mətbuat orqanıdır. Vətənpərvərlik, siyasi yetkinlik və jurnalistika sənətkarlığı baxımından bu mətbu orqan məktəb funksiyasını yerinə yetirir və burada baş redaktorun əvəzsiz əməyi vardır. B.Sadıqovun mətbuatdakı mütəmadi çıxışları, analitik yazıları siyasi publisistikanın mükəmməl nümunələri hesab edilə bilər.
Sonra rektor qonağın çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
B.Sadıqov görüşdə çıxış edərək milli mətbuatımızın keçdiyi tarixi inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin Azərbaycanda söz və mətbuat azadlığının təmin olunmasında, milli jurnalistikanın inkişafındakı mühüm xidmətlərindən danışmışdır. O, 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan milli mətbuatının 135 illiyinin dövlət səviyyəsində qeyd olunmasını, kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsini, tanınmış jurnalistlərin dövlət mükafatları və fəxri adlarla təltif edilmələrini jurnalistikanın inkişafına dövlət qayğısı kimi dəyərləndirmişdir. O, Naxçıvanda KİV-lərin fəaliyyəti, jurnalistika sahəsində ali təhsilli mütəxəssislərin yetişdirilməsi ilə bağlı təəssüratlarını bölüşmüşdür. Tanınmış jurnalist bu sənətin incəlikləri, peşəkarlıq sirləri barədə tələbələrə dəyərli tövsiyələr vermiş, sualları cavablandırmışdır.
Görüş maraqlı diskussiya ilə başa çatmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında