Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Qafqaz Müsəlmanları İdarəsində olmuşlar

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt iyunun 12-də Qafqaz Müsəlmanları İdarəsində olmuşlar. 
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşeinin, Dağ Yəhudiləri İcmasının başçısı Milix Yevdayevin, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviçin, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Feketenin və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin iştirakı ilə keçirilən görüşdə tolerantlıq, dini dözümlülük, dinlərarası əlaqələr və digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə din və dövlət münasibətləri barədə məlumat vermiş, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələrinin dostluq şəraitində yaşadığını vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, ölkəmizdə dini dözümlülük və tolerantlıq ümummilli lider Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq təcəssüm tapmışdır. Hazırda Prezident İlham Əliyev bu kursu uğurla davam etdirir.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan şeyxülislam demişdir ki, problem ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunmalıdır. Bu, Azərbaycanın dəyişməz mövqeyidir.
Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfessiyaların rəhbərləri də çıxış edərək ölkəmizdə mövcud olan tolerantlığın, beynəlxalq aləmdə nümunəyə çevrildiyini vurğulamışlar. Diqqətə çatdırmışlar ki, ölkədə müxtəlif dini konfessiyaların nümayəndələri dostluq, mehribançılıq şəraitində birgə yaşayırlar.
Müxtəlif dini konfessiyaların rəhbərlərinin bu görüşdə bir araya gəlməsindən məmnunluğunu bildirən AŞPA-nın həmməruzəçiləri Azərbaycanın tolerantlıq mühitini yüksək qiymətləndirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında