Azərbaycan Kimyəvi Silahların Qadağan Edilməsi Beynəlxalq Təşkilatının etibarlı tərəfdaşıdır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kimyəvi Silahların Qadağan Edilməsi Beynəlxalq Təşkilatın (KSQEBT) baş direktoru Əhməd Üzümçü ilə görüşmüşdür.  
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Əhməd Üzümçü Niderlanda qısa səfəri çərçivəsində KSQEBT-ni ziyarət edərək təşkilatın fəaliyyətinə verdiyi dəstəyə görə nazir E.Məmmədyarova təşəkkürünü bildirmişdir. Baş direktor təşkilatın fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat vermişdir. Azərbaycanın KSQEBT-nin etibarlı tərəfdaşı olduğunu vurğulayan Ə.Üzümçü ölkəmizin qurumun fəaliyyətində fəal iştirakından razılığını bildirmişdir.
Görüşdə Azərbaycan ilə KSQEBT arasında əməkdaşlıq münasibətlərinin perspektivləri müzakirə olunmuşdur.
Sonda E.Məmmədyarov təşkilatın ali qonaqlar üçün nəzərdə tutulmuş xatirə kitabına Azərbaycan Respublikası adından ürək sözlərini yazmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında