Azərbaycanda məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Şurasına üzv Dövlətlər Tərəfindən Öhdəliklərin Yerinə Yetirilməsi üzrə Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex, Pedro Aqramunt Fond de Mora və Monitorinq Komitəsi katibliyi rəhbərinin müavini xanım Aqnieşka Naçilo iyunun 12-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.
Görüşdə R.Rzayev demişdir ki, Azərbaycan məhkəmə sistemi Avropa məhkəmə sistemi olaraq fəaliyyət göstərir. Ali Məhkəmədə mütəmadi keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının presedent hüququ öyrənilir. Həmçinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın yerinə yetirilməsi ilə əlaqədar konkret tədbirlər görülür. Çalışırıq ki, qəbul edilən qərarlar ədalətli olsun, vahid təcrübəyə əsaslansın. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur.
Görüşdə Ali Məhkəmənin sədri həmməruzəçilərin suallarını ətraflı cavablandırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında