AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycanda məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları yüksək qiymətləndirmişlər

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Avropa Şurasına üzv Dövlətlər Tərəfindən Öhdəliklərin Yerinə Yetirilməsi üzrə Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex, Pedro Aqramunt Fond de Mora iyunun 12-də baş prokuror Zakir Qaralov ilə görüşmüşlər.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Zakir Qaralov Azərbaycan Respublikasının Avropa Şurası ilə əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirmiş, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılması barədə ətraflı məlumat vermişdir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran baş prokuror, respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini xüsusi vurğulamışdır.
AŞPA ilə Azərbaycan arasında sıx əməkdaşlıqdan və bu əlaqələrin daha da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən həmməruzəçilər ölkəmizdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları, xüsusilə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə xidmət edən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri yüksək qiymətləndirmişlər. Azərbaycanda gedən demokratik prosesləri dəstəklədiklərini və bu sahədə zəruri kömək göstərməyə hazır olduqlarını vurğulamışlar.
Görüşdə səmərəli fikir mübadiləsi aparılmış və maraq doğuran suallar cavablandırılmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında